Tahir Emiraslanov

Pandemiya ərəfəsində necə qidalanaq? – Baş kulinardan ilginc tövsiyə

Baxış sayı: 869

Koronavirusun tüğyan elədiyi bir zamanda diqqət çəkən məqamlardan biri də düzgün qidalanmadır. Məlumdur ki, hansısa xəstəliklə mübarizədə vacib amillər sırasında sağlam və düzgün qidalanma önəmli yer tutur.  Xüsusilə ciddi xəstəliklər zaman qidalanma rasionuna ciddi fikir verilməlidir. Məsələn, soyuqdəymə olarkən daha çox sulu yeməklərə üstünlük verilir, həmçinin çoxlu maye qəbulu məsləhət görülür. Koronavirusun günü-gündən çox yayılması isə qida rasionumuzu bir daha gözdən keçirməyimizə şərait yaradır.

Koronavirusla mübarizə zamanı daha çox hansı qidalara üstünlük verilməsi barədə danışan Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti, baş kulinar Tahir Əmiraslanov bildirir ki, virusdan qorunmaq üçün sağlıqlı olan bütün qidalar yeyilməlidir. Amma bu qidaların yaxşı və qaydasında bişməsi də vacibdir. Baş kulinarın sözlərinə görə, insan sağlamlığının ilkin şərti düzgün qidalanmadır:

“Mağazalardan alınmış şirniyyatlardan və çipsi kimi məhsullardan uzaq durmaq lazımdır. Çünki bu qidalar orqanizm üçün olduqca zərərlidir. Koronavirusla profilaktika üçün hər gün 2-3 dənə mixəyin ağızda saxlanması məsləhət görülür. Eyni zamanda gün ərzində 4 dəfə zəncəfil çeynənmək, həmçinin səhərlər ac qarına bal yemək lazımdır. Bal qəbulundan yarım saat sonra isə səhər yeməyi yeyilə bilər. Bütün bunlar bədənin immun sistemini qaldırır və xəstəliklərlə mübarizə üçün güclü orqanizm yaradır. Hazırda bir çox məhsul istifadə olunmalıdır ki, bədən özünü toparlasın və güclü olsun. Protein olaraq mütləq ət məhsulları da qəbul edilməlidir. Koronavirsundan qorunmaq üçün bol miqdarda göy-göyərtilərin yeyilməsi vacibdir.  Eyni zamanda insanlar steressə qapılmamalıdır. Çünki stress immun sistemini aşağı salır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir