stress

Pandemiya dövründə özümüzü stressdən necə qoruyaq?

Baxış sayı: 198

Dünyada cərəyan edən koronavirus pandemiyası insanlarda qorxu, təşviş, stress, depresssiya halları yaradıb. Xüsusən də insanların evə qapanması, aktiv həyat tərzindən uzaq düşməsi bu narahatlılığı bir qədər də artırır. Ekspertlər qeyd edir ki, qorxu, narahatlıq, aqressiyanın özü də insanın immun sisteminə təsir edə, orqanizmi zəiflədə bilir.

Bəs stressdən necə uzaq olaq? Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızının fikirlərini təqdim edirik:

“Pandemiya bitdikdən sonra bir çox insanlarda psixoloji problemlər əmələ gələcək. Artıq problemlər yaranmaqdadır və bunu edilən müaciətlərdən aydın etmək olur. Somatik depressiya, panik atak, asosiallıq insanları xroniki depressiyaya, qorxuya salacaq.

Bütün bunlardan uzaq olmaq üçün hər günümüzü dəyərləndirməliyik. Məsələn, həmişə görmək, etmək istədiyimiz nələrsə var, əvvəllər onları vaxt məhdudiyyətindən edə bilmədiyimiz üçün şikayətlənirdik. Evdə olduğumuz müddət bizə verilmiş şansdır. Beləliklə, karantin dövründə görüləcək işlərimiz üçün günlərimizi ayıra, planlarımızı quraraq, siyahılaşdıra bilərik. Hətta gördüyümüz işləri qeydə edə bilərik ki, hansı gündə hansı nəticəni əldə edə bilmişik.

Yaxınlarımızla bir yerdə olmağı müsbət tərəfə çevirib, birlikdə ünsiyyətdən həzz almaq lazımdır. Bu zaman stress və depressiya halımız az olacaq, günün gigiyena şərtlərinə əməl edərək, virusa yoluxmaq ehtimalından uzaq olacağıq.
“Evdə qal” haştağını doğru hesab edirəm. Evdə oturduğumuz müddətdə özümüzü xəstəlikdən də qoruya biləcəyik. Həmçinin pozitiv yönümlü filmlərə baxmalı, doğru informasiyaları, xəbərləri izləməylik.

Bir sözlə, zamanımızı müsbətə doğru istifadə etməliyik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir