MASIN

Pandemiya kirayə avtomobil bazarına necə təsir edib? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 713

Koronavirus pandemiyası kirayə avtomobil bazarına da mənfi təsir göstərib.Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir.

R.Osmanlı bildirir ki, pandemiya nəticəsində ölkəyə turist axınının dayanması, xüsusən də Bakıya axının azalması, hərəkətliliyin düşməsi, turizmlə bağlı məhdudiyyətlər və s. kimi amillər avtomobil icarəsi bazarına ciddi təsir göstərib.

Onun sözlərinə görə, kirayə avtomobil bazarında qiymət azalması da var: “Misal üçün, əvvəl gündəlik kirayə qiyməti 50 manata təklif olunan avtomobillərin bu gün qiyməti təqribən 35-40 manat arasında dəyişir.

Bahalı avtomobillərdə qiymət azalması daha çoxdur, çünki bahalı avtomobillər toylar, bu kimi tədbilər zamanı istifadə olunurdu. İndi həmin tədbirlərin olmaması bu avtomobillərə marağı xeyli dərəcədə aşağı salıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir