koronavirus

Pandemiya yalnız bu iki ehtimalın gerçəkləşməsilə bitəcək – Mütəxəssis

Baxış sayı: 720

“Bu virus tez-tez mutasiyaya uğrayır, amma hələ ki virusun davranışını dəyişdirəcək mutasiya olmayıb. Hər an ola bilər, gözləyirik. Amma bu, gerçəkləşməsə, payız vı qışı da yenə pandemiya ilə mübarizə apararaq keçirəcəyik”.

Bu sözləri Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin professoru Mehmet Ceyhan deyib.

Professor bildirib ki, 20-ci əsrin əvvəlindən etibarən ortaya çıxan epidemiyalar 2 ildən tez baş verən mutasiyalar nəticəsində bitib. M.Ceyhan bildirib ki, pandemiyanın başa çatması üçün kütləvi immun sisteminin yaranmasına dair gözləntiləri yoxdur: “Pandemiyanın başa çatması üçün ikinci ehtimal peyvənddir. Yalnız fərdi müdafiəni təmin edə bilən peyvənd də qarşıdakı ildə çıxa bilər. Bəlkə bir neçə peyvənd ola bilər. Amma pandemiyanın bitməsi üçün bütün dünyanın peyvəndlənməsi vacibdir. Bu da bir neçə ildən əvvəl mümkün görünmür. O qədər peyvəndin istehsalı, anbarlanması, tətbiqi illər alacaq. Geriyə sadəcə mutasiya ehtimalı qalır. Mutasiya ehtimalı daha yüksəkdir”.

Professor gözləntisinin virusun yoluxuculuğunu itirməsi olduğunu qeyd edib: “Çünki pandemiyaya son qoyacaq şey öldürücülük deyil, yoluxuculuq qabiliyyətidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir