covid

Pandemiyanın sonunu gətirəcək il – kimə inanaq?

Baxış sayı: 572

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts yenə pandemiya ilə bağlı proqnoz verib. Deyib ki, zəruri tədbirlər görülsə, 2022 pandemiya üçün sonuncu il olacaq. Bundan əvvəl Bill Qeyts bəşəriyyəti gözləyən qlobal təhlükələrdən də danışmışdı. Demişdi ki, gələcəkdə iqlim dəyişikliyi və bioterrorizm nəticəsində hər il ölənlərin sayı artacaq.

“İstiləşmə ilə bağlı təbii kataklizmlərdən ölənlərin sayı hər il artacaq. Koronavirus pandemiyası dövründən çox qurbanlar olacaq. Bundan başqa, bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər”, – deyə o qeyd etmişdi.

Qeyts həmçinin, yaxınlaşan yeni pandemiya ilə bağlı da xəbərdarlıq edib: “Dünyadakı milyonlarla insanı müharibə yox, daha ölümcül bir virus məhv edəcək”.

Amma Qeyts həkim deyil, tibb təhsili də yoxdur. Amma bu cür açıqlamaları ilə gündəmə gəlir. Son günlər havaların kəskin dəyişməsi də əlavə suallar yaradıb. Havaların soyuması və şaxtaların düşməsi virusun patogenliyinə və yayılmasına necə təsir edəcək?

Son dakika | Sağlık Bakanı Fahrettin Koca'dan İzmir'de meydana gelen maden patlamasına ilişkin ilk açıklama

Bu arada qardaş Türkiyədə gələn həftədən milli “TurkoVac” vaksinin geniş tətbiqinə başlanacaq. Bu barədə səhiyyə naziri Fahrettin Koca bildirib. Azərbaycan gələn il üçün bu vaksindən sifariş edəcəkmi?

“Bloomberg” agentliyi isə laboratoriya araşdırmasına istinadən xəbər yayıb ki, Çinin “CoronaVac” peyvəndinin 3 dozası – ilk 2 və büster doza “Omikron” variantına qarşı yetərli dərəcədə effektli deyil, yəni güclü immunitet yaratmır. Bəs “CoronaVac”  vurduranlar nə etsin?

Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik. 

Nilufər Məmmədova: "32 mutasiyalı “Omikron” daha təhlükəli ola bilər"

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova mövzuya belə şərh verdi: “Əslində tibbi biliklərə malik olmayanların, hətta mütəxəssis- infeksionist olmayanların belə bu sual ətrafında bu qədər əminliklə danışması insanlar arasında, ictimaiyyətdə söz-söhbətlərə səbəb olur və olacaq. Təbii olaraq onlar haqlı olaraq düşünürlər ki, bu xəstəlik süni şəkildə yaradılıb və yayılıb. Ona görə də mütəxəssis olmayan biriləri bu haqda əminliklə belə məlumatlar yayırlar. Yaxşı olardı ki, pandemiya ilə bağlı, koronavirusla bağlı yalnız Ümumdünya Səhiyyə Təşkilatının sübutları əsasında verilən xəbərləri, məlumatları izləyək və onlara güvənək”.

İnfeksionist qeyd edir ki, havaların soyuması hər zaman pandemiyaya səbəb olmayan koronavirusların artmasına gətirib çıxarır: “O baxımdan virusun xüsusiyyətlərini nəzərə alsaq, soyuq hava şəraiti həm mikroorqanizmə təsir göstərdiyi kimi, ikinci tərəfdən də makroorqanizmə də təsir edir, yəni insan orqanizminin immun sistemi soyuq hava şəraitində daha zəif olur. Xəstəliklərə qarşı müqavimət daha zəif olduğu üçün bu tərəfdən də koronavirusların artacağı gözlənilir. Üçüncüsü isə mikroorqanizmdə makroorqanizmin  olması yetərli deyil, ortada bir yoluxma zənciri də olmalıdır ki, soyuq hava şəraitində insanların sosial məsafəni gözləməməsi, qapalı məkanlardan istifadə etməsi, yoluxma zəncirinin də mövcud olması soyuq hava şəraitində virus mənşəli xəstəliklərin daha çox artmasına gətirib çıxarır”.

Məmmədova “TurkoVac” vaksini ilə bağlı suala da cavab verdi: “Əgər hər hansı bir vaksin inkişaf mərhələsini keçibsə, insanların istifadəsinə verilibsə, bu nəinki ”TurkoVac” vaksini, eləcə də digər vaksinlərə də etibar edilir. Bundan sonra yerli qurumların qərarı ilə Azərbaycana da gətirilib istifadə oluna bilər. Əgər bir vaksin istifadəyə verilibsə, bu o deməkdir ki, o heyvanlar üzərində sınaqdan keçirilib. Müəyyən bir qrup könüllülər üzərində immunitet yaratma səviyyəsi öyrənilib. İnsan üçün ziyansız olması araşdırılıb. Bundan sonra cəmiyyətə təqdim olunub deməkdir. Ona görə də belə bir vaksinin istifadəsi üçün qərar verilibsə, Azərbaycan üçün də bu vaksinlər sifariş oluna bilər”.

İnfeksionist koronavirusun yeni ştamından qorunmağın yollarını açıqlayıb | Report.az

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı fikirlərini açıqladı: “Havanın soyumasının virusun yayılmasına elə bir təsiri yoxdur. Amma ümumiyyətlə, havaların soyuması, günəş aktivliyinin azalması, insanların evdən çölə az çıxması, otaqların havasının az-az dəyişdirilməsi- bunlar hamısı virusun yoluxması üçün əlverişli şərait yaradır. Amma bizdə yoluxmanın artmasına havaların soyuması deyil, ”Omikron” ştammının yayılması böyük təsir göstərə bilər. Düzdür, bizdə hələ ki vəziyyət stabildir deyə epidemioloji vəziyyət, aktiv xəstə sayı get-gedə azalır. Amma “Omikron” ştammı hələ Azərbaycana gəlməyib. Varsa da, yenidir. “Omikron” ştammı artıb çoxalmağa başlasa, yoluxma sayına ciddi təsir göstərəcək”.

İnfeksionist deyir ki, “TurkoVac” vaksini ənənəvi üsulla hazırlanan vaksindir: “Yəni ”CoronaVac” vaksininin bir alternativi kimidir. Türkiyə istehsalıdır, yan təsirlərinin olacağını düşünmürəm. Yan təsirləri təqribən “CoronaVac”a oxşar olacaq. Effektivliyi də təqribən eynilə. Amma Türkiyə araşdırmaçılarının bildirdiyinə görə, “TurkoVac” vaksininin yan təsirləri “CoronaVac”dan daha azdır”.

Həkimin dediyinə görə, “Omikron” variantına qarşı tək “CoronaVac” yox, “Pfizer” vaksinin də effektivliyi xeyli dərəcədə azalıb: “Bununla  bağlı bir araşdırma aparılmışdı. Təqribən dörd-beş dəfə effektivlik azalıb. Ona görə bu vaksinlərin modifikasiya olunmasına ehtiyac var”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir