uz derisi

Parlaq dəriyə sahib olmaq üçün 5 QIZIL QAYDA

Baxış sayı: 1. 019

Dəri vücudun xarici faktorlarla birbaşa təmasda olan hissəsidir. Yanlış qidalanma, pis həyat tərzi, daxili orqanlarda yaranmış hər hansısa bir problem cildimizə öz mənfi təsirini göstərir.

Sağlam və parlaq üz dərisinə sahib olmaq isə hər bir baxımlı xanımın arzusudur. Bəs görəsən gözəl üz dərisinə sahib olmaq üçün nələrə diqqət etməliyik?

Beləliklə, dəriyə qulluqla bağlı 5 qızıl qaydanı sizə təqdim edirik.

1) Cildinizi gündə iki dəfə təmizləyin. Yaxşı olardı ki quru və həssas dəriyə sahib olanlar təmizləyici kremlərlə, yağlı dəriyə sahib olanlar isə gel ilə, sabah və axşam üzlərini yusunlar.

2) Nəmləndirici istifadə edin. Mütəxəssislər təkcə quru dəriyə sahib olanlara deyil, eyni zamanda yağlı dərisi olan şəxslərə də nəmləndiricidən istifadə etməyi tövsiyə edir.

3) Dərinizi susuz qoymayın. Dərinin təbii şəkildə nəmlənməsinin tək yolu gündə 8-10 st. su içməkdir. Susuz bir cilddə qırışlar, çatlaqlar və digər dəri problemləri daha tez yaranır.

4) Qidalanmanıza diqqət edin. Yaşlanma mexanizmini yavaşlatmaq üçün sağlam qidalanmaq, meyvə-tərəvəzdən, göyərtidən və tərkibi proteinlə zəngin olan qidalardan istifadə etmək məsləhətdir.

5) Gündə 8 saat yatın. Mütəxəssislərin fikrincə lazımi qədər dincəlməyən hüceyrələrdə sərbəst oksigen radikalları ortaya çıxır. Bu da dəridə qırışlara, sızanağa, saç tökülməsi və ya dırnaq qırılmasına gətirib çıxarır.

 

 

Kosmetoloq-dermotoloq Samirə Əhmədova bildirdi ki, ilk növbədə düzgün qidalanmalı, “fast food”dan mümkün qədər uzaq durmalıyıq:

“Mən həmişə dönə-dönə deyirəm ki yumurta dəriyə lifting effekti verən qidalardandır, ən əsas da qaynadılmış yumurta.”

Həkim eyni zamanda onu da bildirdi ki, parlaq dəri isə insandan insana dəyişə bilir: “Bəzi cild növü var ki, çox quru yaxud yağlı ola bilir. Buna görə də maska seçərkən ən əsas dərinin quruluşu nəzərə alınmalıdır. Ev şəraitində istənilən ərzaq çox gözəl maskadır. Bu o demək deyil ki əlimizə gələn yağları istifadə edək. Bəzən bu fəsadlara gətirib çıxara bilir.”

Kosmetoloq-dermotoloqun fikrincə, əgər insanın allergiyası yoxdursa bal və yumurta sarısından olan qarışım həm saça həm də üzə ən gözəl təsir edən maskadır: “Bu istər quru dəridə istər yağlı dəridə gözəl effekt verir. Maskalar “günün pik vaxtı”ndan sonra çəkilməlidir. Əgər allergiyanız yoxdursa droj və ya maya qatıqla birlikdə istifadə edilərsə dəridə olduqca gözəl nəticə verəcəkdir”.