MASIN

Parlaq günəş işığında avtomobili necə idarə etməli? – 10 TÖVSİYƏ

Baxış sayı: 1. 787

Parlaq günəş işığı həmişə köməkedici rol oynamır, hərdən düşmənə belə çevrilə bilir. Avtomobili idarə edərkən günəş işığı və ya qarşıdan gələn avtomobilin fara işıqları sürücünü kor edə bilər.

Belə hallarda yorğunluq artır və bəzi vacib şeyləri nəzərdən qaçırmaq olar: işıqforun işığını seçə bilməmək, yoldakı çuxuru görməmək, yol nişanını görməmək və s. Statistikaya görə, Böyük Britaniyada parlaq günəş işığının səbəb olduğu qəzaların sayı, 2015-ci ildə ötən ilkinə nisbətən 12 faiz artmışdır, qəzaların böyük əksəriyyəti isə yerli əhəmiyyətli yollarda baş vermişdir.

Xüsusilə işıq sürücülərə yanvar ayının ikinci hissəsindən başlayaraq mane olur, belə ki, yollar qarlı olur, ağacların çətirləri günəş şüalarını keçirir, açıq səma isə şaxtalı və günəşli hava şəraiti vəd edir. Sezon aralıqlarında avtotransportun daha aktiv hərəkəti günəşin qürub və şəfəq vaxtlarına təsadüf edir ki, bu vaxtlarda günəş işıqları xüsusilə təhlükəlidir. Bu cür çətin şərtlərdə ən əsası — görmə qabiliyyətini saxlamaq və görünə bilməkdir.

1. Ətrafdakı maşınların səni daha yaxşı görməsini təmin etmək çox sadədir. Bunun üçün yola çıxmazdan əvvəl faraları və qabaritləri çirkdən təmizləmək və hərəkət zamanı hərəkət işıqlarını açmaq lazımdır. Yola çıxmazdan əvvəl elektrik lampalarının işlək vəziyyətdə olduğundan əmin olun.

2. Yolu rahat görə bilmək üçün, aynaların təmizliyinə nəzarət etmək lazımdır. Bunun üçün yuyucunun bakında daim yuyucu maddə ehtiyatı və möhkəm yapışan və yaxşı təmizləyən şotkaların olması mütləqdir. Yan və arxa pəncərələr də qüsursuz olmalıdır. Aynaların içəri üzdən də təmiz olması mütləqdir. Qurulamadan sonra xətt saxlamayan vasitələrdən istifadə etmək lazımdır. Aynaya mayenin ötürülmə bucağını iynə və ya sancaqla tənzimləməyi unutmayın.

3. Uzun müddət istismar edildikdə aynalarda çoxlu cızıqlar əmələ gələrək parlaq işıqda əlvan parıltılar yaradır və maşının görünmə dərəcəsini ciddi surətdə azaldırlar. Problemin başlıca həlli — aynanın dəyişilməsi, daha əlverişli üsul — onun cilalanması, ən sadə üsul isə — xüsusi avtokosmetikanın istifadəsidir.

4. Şaxtalı havada , yuyucudan istifadə edərkən mayenin aynanı təmizlədiyindən, aynada donub qalmadığından əmin olun. Əgər donursa, ən yaxşısı səyahəti daha uyğun bir hava şəraitinə ertələyin. Əgər yola çıxmaq mütləqdirsə — yuyucunun bakına qatılaşdırılmış «donmaya qarşı məhlul» əlavə edə və ya ümumiyyətlə yuyucudan istifadə etməyb, sadəcə periodik olaraq çirkli aynaları silə bilərsiniz.

5. Gündüz vaxtı günəş demək olar ki maneçilik törətmir. Buna baxmayaraq, cilalı səthlərdə yaranan təsadüfi parıltılar sizin görmənizə mane ola bilər. Adətən belə yerləri uzaqdan, hələ parıltı sizi kor etməmiş görmək olur. Çoxpəncərəli binalara yaxınlaşanda və ya avtomobillərin çox olduğu dörd yol ayırıcılarında, gözünüzün birini bağlayın. Əgər açıq gözünüzlə görə bilməsəniz, bağlı gözünüzü açmaqla, şəraitə daha tez adaptasiya olacaqsınız. Eyni məsləhət, gecə hərəkəti zamanı qarşıdan gələn avtomobilin uzaq məsafə işıqlarını söndürmədən hərəkət etdiyi hallarda da sizin köməyinizə çatacaq.

6. Avtomobilin salonunda ehtiyat üçün gündən qoruyucu eynək olmalıdır. Çox günəşli havada lazım ola bilər. Belə hallarda həmçinin, sürücülər üçün hazırlanan xüsusi eynəklər də köməyinizə çata bilər. Onların şüşələri adətən sarı rəngdə olur və özünəməxsus bir şəkildə günəş şüalarını qaytarır.

7. Günlüklərinizi endirin. Günlüyü düzgün tənzimlədikdə, yandan düşən günəş şüalarından qoruyur. Yandan düşən şüalardan gizlənmək üçün, dayaqları mərkəzə yaxın yerləşdirib günlüyü salona şüa düşməyəcək səviyyədə tənzimləmək lazımdır.

8. Oturacağa tam əyləşin və onu yuxarı qaldırın. Bu halda gözünüzə daha az günəş şüası düşəcək. Yeri gəlmişkən, yola çıxmazdan əvvəl arxa görüntü güzgüsünü tənzimləməyi unutmayın.

9. Günəş şüaları üzünüzə düşürsə, öndə gedən avtomobillə məsafəni böyütməyə çalışın. Parlaq işıq məsafəni təyin etməyə mane olur və işıqforun işıqlarını görməyə imkan vermir. Məsafə böyük olduqda, ekstremal bir hal baş verərkən qərar vermək üçün sizin daha çox vaxtınız olur.

10. Hər şeyi aydın görsəniz belə, hərəkət zolağının digər iştirakçılarını izləməyə davam edin. Sürücülərdən birinin gözünə gün düşsə, o idarəetməni itirə bilər. Bu səbəbdən, qarşılaşma zolağından mümkün qədər aralıda mövqe tutmağa çalışın. Manevr edərkən, yaxınlıqdakı sürücülərin sizin məqsədinizi anladıqlarından əmin olun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir