sevgi

Payız axşamlarında izləyə biləcəyiniz 9 sevgi filmi

Baxış sayı: 1. 833

İtaliya sevginin, romantikanın beşiyidir. Bunu nəzərə alaraq sizin üçün soyuq payız axşamlarında və həftə sonlarında izləyəcəyiniz sevgi, romantika dolu ən yaxşı 9 İtaliya filmini təqdim edirik.  Bu filmlər izləyən hər kəsə sevgi əhval-ruhiyyəsi yaşadacaq.

İtaliyansayağı xəyal

Il grande sogno, 2009

2009-cu ildə ekranlara çıxan Michele Placido filmi sevgi hekayəsi, dram və siyasi dramdır. Filmdə Vyetnam müharibəsi, Kennedy və Martin Lüter Kinqə qarşı sui-qəsd, Che Guevara-nın ölüm kimi qlobal hadisələrlə əlaqədar İtaliyada tələbə etiraz hərəkatının fonunda sevgi hekayəsi yaşanır. “İtaliyansayağı xəyal”ın əsas qəhrəmanları – Roma universitetində etiraz hərəkatının xarizmatik ilham mənbəyi – aktyor olmaq arzusunda olan yaraşıqlı polis və güvənli, xoşbəxt ailədən gələn tələbə qızdır.

Naməlum qadın

La sconosciuta, 2006

2006-cı ilin oktaybrında İtaliyada primerası olan film triller janrındadır. Əsərin qəhrəmanı ukraynalı miqrant İrena İtaliyanın şimalındakı kiçik qəsəbəyə gəlir. Onun bu qəsəbəyə niyə gəldiyini isə heç kim bilmir. İrena taleyin bütün sınaqlarına baxmayaraq, həyatının əsas faciəsini unuda bilmir –  itirilmiş sevgisini. Və bütün şərtlərə baxmayaraq onun hələ də sevgiyə və taleyin onun üçün yazdığı qisməti dəyişdirməyə gücü var.

Pələng və qar

La tigre e la neve, 2005

Əfsanəvi aktyor Jan Renonun da yer aldığı melodram janrındakı bu film 2005-ci ildə ekranlara çıxdı. Filmin qəhrəmanı Attilio di Giovanni sənətinə aşiq istedadlı şairdir. Onun fikri-xəyalı hər gecə yuxularına gələn, ilham mənbəyi gözəl Viktoriyadır. O, bir gün real həyatda Viktoriya ilə rastlaşır və xoşbəxt olur.

Mən və sən

Io e te, 2012

Bernardo Bertolucci filmi olan “Mən və sən” dramdır. Filmin baş qəhrəmanlarından 14 yaşlı Lorenzo valideynləri ilə dil tapa bilmir. Bütün sinif dağlara gəzməyə getdiyi vaxt o qaçır və tək qalmaq üçün evlərinin zirzəmisində gizlənir. Gözlənilmədən Lorensin evinə çox qeyri-adi bir qız gəlir, bu qeyri-adilik Lorens və onun ailəsindən irəli gəlir.

Ürəyimdəki heyvan

La bestia nel cuore, 2005

2005-ci ildə ekranlara çıxan dram janrlı film 2006-cı ildə “Ən yaxşı xarici dildə film” nominasiyası üzrə Oskar qazanıb. Filmin süjet xətti ağlını yavaş-yavaş itirən, pedofil ailəsində böyüyən gənc qızın ətrafında dönür. İkinci planda isə iş yerində gözəl və cazibədar qız ilə başlayan və gənc oğlanla olan sevgisi dayanır.

Məni xatırla

Ricordati di me, 2003

2003-cü ildə ekranlaşdırılan və əfsanəvi aktrisa Monica Belluci-nin yer aldığı filmin sloqanı “Bəzi sevgilər heç vaxt unudulmur”dur. Filmin qəhrəmanlarının həyatı məyusluq və şikayətlərlə doludur. Növbəti qalmaqallı günlərin birində Karlo sevgilisi və ilham pərisi olacaq göz qamaşdırıcı gözəlliyə malik gənclik sevgisi Alessi ilə qarşılaşır.

Sevgi adlı səyahət

Un viaggio chiamato amore, 2002

Dram, melodram və bioqrafiya janrlarındakı filmin primerası 2002-ci ilin sentyabrında İtaliyada olub. Film Birinci Dünya müharibəsi illəri ilə başlayır. Filmin qəhrəmanı savadlı və müstəqil Nora 30 yaşında yalnız anadır. Ata evində dözülməz təhqirlərə məruz qalan Nora ağrı və acı dolu qərar qəbul edir – çox sevdiyi oğlunu tərk edərək yeni həyata başlamaq üçün Florensiyaya köçür. Florensiya həyatı onu tamamilə dəyişir. İndi o, yazıçıdır, intellektual qadındır. Nora dövrünün görkəmli şairi kimi tanınan gənc Dino Campana ilə yazışır. Və görüşməyə qərar verirlər.

Son öpüş

L’ultimo bacio, 2001

2001-ci ildə ekranlaşdırılan film komedya-dram janrındadır. Filmdə Karlo reklam agentliyində işləyir və tezliklə ata olacaq. O, qız rəfiqəsi Culiyanı çox sevir.

Qal, getmə

Non ti muovere, 2004

Margaret Mazzantini-nin eyniadlı  romanı əsasıda çəkilən film 2004-cü il də ekranlaşdırılıb. Dram və  melodram janrlarında olan film 15 yaşındakı motosiklet qəzası keçirmiş gənc qız ilə 15 il əvvəlki sevgi hekayəsini xatırlayan müvəffəqiyyətli cərrah Timoteo-nun həyatından bəhs edir. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir