Manikur

Payız fəsli üçün 6 manikür ideyası

Baxış sayı: 1. 604

Manikürlərdə bir rəng dırnaq boyasından istifadə heç vaxt dəbdən düşməyən bir trenddir. Bəs nə vaxtsa sərhədlərinizdən kənara çıxmaq və dırnaqlarınızda alışmadığınız naxışlardan istifadə etmək barədə düşünmüsünüzmü?

Möhtəşəm modellər, şüşəsində heç də cəlbedici görünməyən dırnaq boyalarının əslində necə zərif olduğunu göstərən naxışlar, xırda, sadə bir detalla tamamilə dəyişən dırnaqlar ilk gördüyünüzdə sizi heyrətləndirə bilər.

 

1. Qıvvrımlar

İncə uclu dırnaq boyası ilə bu manikürü etmək əslində çox asandır. Dırnağınızda rəngsiz qat çəkdikdən sonra sizə lazım olan tək şey titrəməyən əllərdir.

 

2. Müasir incəsənət

Həm fərqli, həm də diqqət çəkən tərz yaratmaq istəyənlər rahatlıqla bu ideyadan istifadə edə bilərlər. Bütün dırnaqlarınıza istədiyiniz rəngdə dırnaq boyasını çəkib, daha sonra həmin rəngə uyğun tonlarda cızıqlar çəkərək fərqli görünüş əldə edə bilərsiniz.

 

3. Pastel rənglər

Bu xüsusilə pastel rənglərin vurğunu olan xanımlar üçün idealdır. Bütün dırnaqlara eyni və ya iki müxtəlif rəngli pastel boya çəkə, üzük barmaqda isə zərli dırnaq boyasından istifadə edə bilərsiniz.

 

4. Mimimalizm

Az olan çoxdur ideyasına inananlardansınızsa bu fikir tam sizə uyğundur. Dırnağınıza açıq rəngli boya çəkdikdən sonra üzərinə digər rəngli dırnaq boyası ilə minimalist naxışlar əlavə edə bilərsiniz.

 

5. Qrafik dizaynlar

Qrafik dizaynları tablolarda görməyi demək olar ki, hər kəs sevir. Bəs bunu dırnaqlarınızda sınamağı heç düşünmüsünüzmü?

 

6. Cizgi filmi 

İçinizdəki uşaq ruhunu üzə çıxarmaq və tutqun payız günlərinə rəng qatmaq istəyən xanımlar  bu rəngarəng manikür fikirlərindən istifadə edə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir