moda

Payız-qış mövsümünün 10 trend rəngi

Baxış sayı: 878

Qarderoba növbəti qara paltarı daxil etməyə tələsməyin, onları qəhvəyi və mavinin ən açıq versiyaları ilə əvəz edin. Onlar qarderobun ənənəvi bej və qara rəngli baza geyimlərini mükəmməl şəkildə tamamlayır. Odur ki, payız alış-verişinə çıxmazdan əvvəl rənglər siyahısını əldə rəhbər tutun. “Gencaile.az”saytı “Publika.az”-a istinadən oxucuları payız-qış mövsümünün 10 trend rəngi ilə tanış edir.

 

Cəlbedici yaşıl

Burberry, Versace, Lanvin осень-зима 2019

Yetişmiş avokado, laym (yaşıl limon) və yaşıl çili bibəri kimi rənglər bu payız qarderobun əsas inqrediyenti olacaq. Odur ki, bu inqrediyenti öz “reseptinizə” daxil etməyə dəyər. Yaşılın bir çox çalarında olan kostyumlar, paltolar və bluzlar bu mövsüm xidmətinizdədir.

 

Qəhvəyi

Chloé, Bottega Veneta, Salvatore Ferragamo осень-зима 2019

Tünd qəhvəyi qaranın ən əlverişli alternatividir. Qəhvəyi notlar bir çox kolleksiyalarda qarşımıza çıxır.

 

Parlaq çəhrayı

Prabal Gurung, Chanel, Anna Sui осень-зима 2019

Solğun çəhrayı bu payız yerini sırğagülü ləçəklərinə dəyişir. Özünüzü şənləndirmək və yayı xatırlamaq üçün, xüsusilə buludlu günlərdə bu rəngdə geyinməyi məsləhət görürük.

 

Kərpic qırmızısı

Oscar de la Renta, Tom Ford, Stella McCartney осень-зима 2019

Mövsümün simvolu adlandırıla biləcək ənənəvi payız rəngidir. Qırmızının bu çaları şərab növü kimi, yumşaqlığı və zənginliyi ilə dərhal fərqlənir. Belə axşam paltarları və kostyumlar atlaz və ya məxmər kimi parçalarda daha təsirli görünür.

 

Çili bibəri

Victoria Beckham, Balenciaga, Alexander McQueen осень-зима 2019

Qırmızının qarşısıalınmaz cazibəsi həm gündüz, həm də gecələr eyni dərəcədə işıq və müsbət enerji yayır. Rəsmi qəbullar üçün mükəmməldir, xüsusilə diqqət mərkəzində olmaq lazımdırsa.

 

Narıncı alov

Carolina Herrera, Valentino, Mary Katrantzou осень-зима 2019

Enerji, istilik və sevgi dolu bir rəng, pəncərə arxasında temperatur sürətlə aşağı düşməyə başlayanda lazım olacaq. Yeni mövsümdə alovlu narıncı lələklərdə, büzmələrdə və volanlarda təcəssüm olunub. Belə bir paltarda diqqətdən kənarda qalmaq ehtimalı sıfırdır.

 

Göy avatar

Christian Siriano, Rodarte, Max Mara осень-зима 2019

Canlı və dinamik göy bizə Ceyms Kameronun məşhur “Avatar” filmini xatırladır. Filmi nəzərdən keçirmək və qarderoba göy kokteyl paltar əlavə etmək üçün əla bir fürsətdir.

 

Mavi

Marc Jacobs, Jacquemus, Ermanno Scervino осень-зима 2019

İntensiv göydən fərqli olaraq, bu rəng mümkün qədər rahat və zərif görünür. Yumşaq bir sviter, rahat bir jaket, geniş klassik şalvar kimi sərbəst siluetlər mavi kontekstində daha yaxşı görünür.

 

Lavanda

Missoni, Balmain, Dries Van Noten осень-зима 2019

Tipik bahar rəngləri payız mövsümünün trendləri siyahısında liderlik edir. Buna yalnız sevinmək lazımdır, çünki lavanda rəngindəki trikotaj kostyumlar, ipək paltarlar ənənəvi qara və mavi fonunda xüsusilə əlverişlidir.

 

Tünd boz

Christian Dior, Prada, Sportmaх осень-зима 2019

Payız mövsümünün əsas rənglərindən birini qısaca belə təsvir edə bilərsiniz: Zəriflik, cəsarət və incəlik. Dumanlı boz, xüsusilə yun kostyumlarda, ciddi midi yubkalarda və qalın parçadan hazırlanmış paltarlar şəklində yaxşıdır. Odur ki, qarderobunuza bir qədər duman əlavə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir