qidalar

Payız və qışda kökəlməmək üçün nələrə diqqət etməlisiniz?

Baxış sayı: 167

Artıq çəki almamaq, incə qalmaq, sağlam və gözəl bədən quruluşuna sahib olmaq gündəlik həyat rutinimizə çevrilib. Bu rutinə payız və qış aylarında daha çox diqqət edirik. Çünki belə aylarda xəmir xörəkləri, bol kalorili qidaları qəbul etmək bizə əlavə çəki “hədiyyə” edir. Bunun qarşısını almaq və soyuq havalarda da çəkimizə diqqət etmək üçün bəzi qaydalara əməl etməliyik. Sizin üçün payız və qış aylarında kökəlməmək üçün nələrə diqqət etməli olduğunuzu araşdırdıq. Daha vacib olan məsləhətləri nəzərinizə çatdırmaq istəyirik.

Ədviyyatlara daha çox yer verin

Dadını sevmədiyiniz üçün yemədiyiniz yeməklər olanda onlara ədviyyatlar əlavə edin. Yulaf, manna yarması, qatıq kimi qidaların içərisinə darçın, kakos kimi ləzzət qatacaq ədviyyatlar səpin. Beləliklə, faydalı olub amma dadını sevmədiyiniz qidaları da qəbul etməyə başlayacaqsınız.

İsti qidalarla orqanizminizi mükafatlandırın

Soyuq aylar həm fiziki, həm də psixoloji olaraq insana təsir edən aylardır. Bədən istiliyinizi sabit saxlayacaq və maddələr mübadiləsini qoruyacaq enerjiyə ehtiyac duyarsınız. Bu səbəblə də isti şorbalar yeməyə çalışın, lifli yaşıl tərəvəzlər, soğan və sarımsaq qəbul edin. Eyni zamanda qırmızı bibər, zəncəfil və bitki çayları da bədən istiliyinizi yüksək saxlayacaq. Bu da, sağlam qidalanmaqla çəkinizi artırmağa qoymayacaq.

Dənli bitkiləri düzgün seçin

Sağlam qidalanarkən dənli bitkiləri rasionunuzdan tamamilə çıxarmamalısınız. Bunun əvəzinə sizə lazım olan düzgün dənli bitkini seçməlisiniz. Məsələn, qlutensiz dənli bitkilərdən hazırlanan qidalar həm sağlam qidalanmağınıza, həm də çəki almamağınıza yardımçı ola bilər. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir