seher

Payızda hansı istiqamətə səfərlər daha ucuz olur ?

Baxış sayı: 1. 447

Artıq yay mövsümü başa çatıb. Əsasən yayda səfərlərə çıxan ölkə vətəndaşları arasında məzuniyyətini payız aylarına saxlayanlar da var. Bəs payız mövsümündə hansı istiqamətə daha ucuz və uğurlu səfər etmək olar?

Mövzu ilə bağlı danışan Fly.az şirkətinin meneceri Sənan Qasımov payız mövsümündə xaricə səfərlər yay mövsümü ilə nisbətdə aşağı statistik nəticələr göstərdiyini bildirdi. Ekspert hazırda səfərlərin əsasən Türkiyədə İstanbul, sentyabr və oktyabr ayının ortalarına qədər Antalya, Rusiya və Avropa ölkələrinə edildiyini qeyd etdi.

spOnun sözlərinə görə, payız mövsümündə aşağı büdcəli turlar əsasən İstanbul, Sankt-Peterburq, Kiyev, Budapeşt şəhərlərinə olur. Sənan Qasımovun sözlərinə görə, adları sadalanan şəhərlərə oktyabr, noyabr ayları üçün nəzərdə tutulan turlar müştərilərə 300-450 manat civarında təklif olunur .

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir