serf-canta

Payızda ipək şərfləri bağlamağın 5 yolu

Baxış sayı: 1. 255

Hər il olduğu kimi xanımlarımız payız fəslinə keçid dövründə geyimlə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Payızın gəlişi ilə əlaqədər bir çox insan geyimlərində daha çox tünd və ya pastel rənglərə üstünlük verir. Lakin geyimlərdə xırda detallardan istifadə etməklə tutqun payız günlərində həm görünüşə, həm də əhvali-ruhiyyəyə rəng qatmaq mümkündür.

Payız fəslində ən çox istifadə olunan aksessuarlar arasında şərflər ön sıralarda yer alır. Qış aylarında daha çox qalın və yun şərflərin istifadəsi tövsiyə olunsa da, payız fəslində nazik, yüngül ipək şərflərin müxtəlif formalarda istifadəsi daha məqsədə uyğundur.

 

Topuqda

Rəngarəng ipək şərfləri topuğa bağlamaqla daha çox müasir və dəbli görünuş əldə etmək olar. Şarfların bu formada istifadəsi daha çox qisa kəsilmiş şalvar və çarıq formalı ayaqqabılarla ideal görünür.

Boğazda

Boyuna bağlanmış şərflər geyiminizə rəng qatmaqla yanaşı, xüsusi tərz yaratmağınıza və şıq görünməyinizə kömək edə bilər.

Çantada

Şərflərin bu formada istifadəsinə çox adət olunmasa da, bu ideya fərqliliyi sevən xanımlar tərəfindən məmnuniyyətlə istifadə olunur.

Beldə

Cins və ya klassik şalvarlarınızın belinə kəmər əvəzinə şərf bağlamaqla zərif görünüş əldə etmək mümküdür. Şərf kifayət qədər böyük deyilsə, onu kəmərə bağlamaq da mümkündür.

Saçlarda

Şərflərdən həmçinin başınızı bağlamaq və ya saçınızda aksessuar kimi istifadə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir