SEHER

Payızda istirahət üçün hara getməli? – 4 VARİANT

Baxış sayı: 1. 191

Adətən səyahət üçün yaz və yay aylarını seçirik. Əslində isə hər fəslin öz gözəlliyi olduğu kimi hər şəhərin də öz fəsli var. Başqa sözlə, elə ölkə və şəhərlər var ki, ora məhz payızda, qışda getsəniz əylənə, ləzzət ala bilərsiniz. Beləliklə, qış yetişməmiş səyahətə çıxmaq istəyənlər üçün payızda gediləcək şəhərlərdən bəhs edən yazını təqdim edirik.

 

Tel-Əviv, İsrail

Yayda günəşdən tündləşmiş dərinlə vidalaşmağa hazır deyilsinizsə, İsrailin paytaxtı Tel-Əviv sizin üçün ideal yerdir. Orda hələ yay davam edir. Günəş, isti qum, dəniz, axşam gəzintiləri, müxtəlif menyularla xidmətinizdə olan restoranlar və s. – sadəcə gedib görmək lazımdır. Dünyanın ən yaxşı 10 plyaj şəhərindən biri olan Tel-Əviv plyajlarında turistlərin azaldığı dövrdür payız. Həm istirahət, həm də sakitlik istəyirsinizsə Tel-Əvivi seçə bilərsiniz.

tel aviv gibor sport 005 - Payızda görməli şəhərlər hansılardır?

Sevilya, İspaniya

Daha az günəşlə qane ola bilmirsinizsə, İspaniyanın Sevilya şəhərini seçməyiniz məsləhətdir.  İstiliyin təxminən 40 dərəcə olduğu bu şəhərə İspaniyanın “qızartma tavası” da deyirlər. Çox isti yerdir. Ancaq səyahətinizi payız aylarına planlaşdırsanız, şəhərin ən gözəl vaxtını görərsiniz. Küçələri portağal çiçəyi qoxan bu şəhərin kölgəli, açıq sahəsi olan restoranlarının qarşısı pivə içən yerli əhali və turistlərlə dolu olur. Şəhərin çox olmayan tarixi məkanları və düz coğrafiyası var. Beləcə, ürəyiniz istədiyi qədər piyada gəzə bilərsiniz.

sevilla - Payızda görməli şəhərlər hansılardır?

Ontario, Kanada

Payızın rənglərini görmək istəyirsinizsə,  Kanadanın Ontario şəhərinə gedin. Buradakı “Algonquin Əyalət Park”ı məşhurdur. 7.725 kilometrlik ərazini əhatə edən, sıx meşə və çaylarla əhatələnmiş bu parkda əsl payız abu-havası olur. Payızdan qaçmaq əvəzinə, onu qucaqlamaq istəyirsinizsə, Ontarionu seçə bilərsiniz.

9215148 the top 10 ontario parks to camp in this t5a50959 - Payızda görməli şəhərlər hansılardır?

Lissabon, Portuqaliya

Ucuz və sərfəli səyahət üçün Portuqaliyanın paytaxtı Lissabonu da seçmək olar. Çünki hamının getdiyi vaxtlarda deyil, payız aylarında səyahət etmənin ən böyük üstünlüyüdür ucuz qiymətlər. Çay kənarında olan bu şəhərdə 1000 illik tarixi və gözəl memarlıq abidələrini görə bilərsiniz. Günəş hələ də parlayır, hava sərin, restoran və otellərdə ucuzluq. Bir sözlə, payızda həm ucuz həm də sərfəli səyahət axtarırsansa Lissabona gedə bilərsiniz.

C S5HDfXsAEOXa0 - Payızda görməli şəhərlər hansılardır?

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir