qidalar

Payızda xəstəliklərədn qorunmaq üçün hansı qidaları rasionumuza daxil etməliyik?

Baxış sayı: 1. 271

Normal qidalanmaq immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur. Payız aylarında isə vitaminlər azalır, bədən zəifləyir. Həkimlər bu səbəbdən fəsiil dəyişkənliyi zamanı inanların qidalanmasına xüsusi diqqət etməsini vacib sayır. Payızda xəstəliklərədn qorunmaq üçün nələr etməliyik? Hansı qidaları rasionumuza daxil etməliyik?

 

Diyetoloq Leyla Zülfüqarlı bildirir ki, payız mövsümü bir keçid və dəyişiklik dövrüdür:
“Havaların soyuması ilə birlikdə düzgün qidalanma daha da əhəmiyyətli hal alır. Xəstəliklərin meydana gəlməsinin qarşısını almaqda vitaminlər böyük rol oynayır. Xüsusilə A, C və E vitaminləri immunitet sistemi üçün çox əhəmiyyətlidir. Payızda soyuqdəymə, qrip və bronxit kimi qış xəstəliklər artır. Bu fəsil həm də vitaminli tərəvəz və meyvələrin bol olduğu fəsildir. İnsanlar kələm növləri, kök və çuğundurdan tez-tez istifadə edərək özlərini xəstəliklərdən qoruya bilərlər”.

 

Pediatr Günay Rəsulova deyir ki, fəsil dəyişkənliyində uşaqlara daha çox diqqət ayrılmalıdır: 
“Havaların soyuması ilə əlaqədar olaraq, ümumiyyətlə, fəsil dəyişkənliyi zamanı uşaqlarda tez-tez xəstələnmə halları müşahidə edilir. Uşaqların immuniteti zəif olduğu üçün kəskin hava dəyişkənliyinə orqanizmi çətin adaptasiya olur. Xəstəliyə tutulmamaq və ya qorunmaq üçün orqanik məhsullardan istifadə etmək lazımdır. Payız meyvə ilə zəngin fəsildir. Valideynlər bol-bol meyvə və tərəvəzlərə üstünlük verməlidir. Meyvə-tərəvəzlərin təbii istifadəsi məsləhətdir. Bundan əlavə uşaqların yuxu rejimi qaydasında olmalıdır. Soyuq aylarda uşaqlar qapalı məkanlarda daha çox olduqları üçün infeksiya daha çox yayılır. Uşaqların otaqlarında hava təmizlənlənməlidir, onları xəstə insanlardan uzaq tutmaq lazımdır. Valideynlər xəstə uşaqlarını dərsə buraxmamalıdır. Bu həm öz, həm də digərlərinin övladlarının səhhəti üçün vacibdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir