payiz

Payızı sevməyimizə 5 səbəb

Baxış sayı: 1. 784

Əksəriyyət payızı buludlu hava, soyuq, pis əhval-ruhiyyə, hətta depressiya ilə xarakterizə edirlər. Amma bu heç də belə deyil! Ətrafımıza baxsaq görərik ki, payız xoşbəxtlik və sevinc də bəxş edir.

İsti yorğan, sevimli bir film və ya kitab dəniz kənarındakı istirahətdən daha gözəl ola bilər

Yay xoş xatirələri ilə bizi tərk etsə də, payız sentyabrdan başlayaraq bizə yağışlı, yaş yarpaqlı və onların gözəl ətri ilə birlikdə daha xoş xatirələr vəd edir. Yağışlı payız günlərində isti yorğanına bürünüb, bir fincan qəhvəni içərək sevimli kitabını oxumaqdan gözəl nə ola bilər ki?!

Gəzmək və payız rəngləri əhvalımızı yüksəldir

Günəşli payız günü sizə sarı və portağal çalarındakı yarpaqları ilə yayın günəşli günlərindən daha çox işıq və gözəl əhval bəxş edərək sizi stimullaşdırır. Günəşli günlərdə 15 dəqiqə gəzməyə cəhd edin, bu kədərdən uzaq olmağınıza kömək olacaq.

Alış-veriş

Özünüzü xoşbəxt etməyi unutmayın! Qarderobunuzu payız dəbi ilə yeniləyin, endirimlərdən yararlanın və ya sadəcə payız çalarları olan ətir alın.

Evdə spa

Payızı bütün bədəninizdə hiss etmək üçün 1,5-2 saat boş vaxtınızda evdə özünüzə spa salon yaradın! Çaytikanı yağı, bal və zəncəfil bu işdə sizə kömək edəcək və payıza xas xoşbəxtliyin ətrini hiss edəcəksiniz.

Əyləncə

Payızda ən gözəl əyləncəsi sərgi, teatr, kino mövsümünün açılmasıdır. Və ya isti, rahat kafedə özünüzə istirahət təşkil etməkdir. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir