ayaqqabi

Payızın ən incə çəkmə dəbi – FOTOLAR

Baxış sayı: 1. 226

Xırda və dördkünc dabanlı incə çəkmələr Viktorian epoxasının məhsuludur. Həmin dövrdən bəri moda radarına düşən bu çəkmələr aktuallığını itirmir. O, dövri olaraq öz yerini kobud modellərə verir, bununla belə, hər zaman aktaul alternativlərdən biri olaraq qalır və obraza zəriflik bəxş etmək istəyən qadınları istənilən vaxt vəziyyətdən xilas edir.

Önü nazik qaytanla bağlanan bu çəkmələr 1930-ci illərdə trend oldu, 1970-ci ildə yenidən dəbə qayıtdı, 2000-ci illərdə də qadınların diqqətindən kənar qalmadı.

Son illərdə bu çəkmələr öz populyarlığını “Celine” moda evinin kreativ direktoru Fibi Faylo və onun kolleksiyalarına borcludur. Bu gün ən zərif çəkmə dəbindən bir çox mode evləri cavabdehdir. Janna Damas, Mariya Bernard, Leya Cfez kimi fəşn bologerləri bu zərif qaytanlı ayaqqabılara heyrandır. Modapərəstlər onu cins şalvarlar, yumşaq kardiqan, ipək köynəklər, qısa şortlar – və gündəlik qarderobun istənilən elementi ilə uzlaşdırır. Əgər sizin belə bir çəkməniz yoxdursa, tezliklə şopinqə getməyə dəyər. Qara, qəhvəyi, ağ və bej rəngləri payız üçün ən yaxşı sərmayəniz olacaq.

 

cekme

cekme 4

cekme 3

cekme 2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir