buket

Payızın gəlinlik buket trendləri

Baxış sayı: 1. 384

Toy günü hər bir gəlin üçün ən vacib günlərdəndir. Belə bir önəmli gündə hər bir detal incəliklə düşünülüb seçilməlidir ki, nəticədə gəlinin obrazında hər element bir-birilə harmoniya təşkil etsin. Şübhə yoxdur ki, toy gününün ən vacib aksessuarlarından biri də gəlin əlində tutduğu gül buketidir. Gəlinliyi tamamlayıb onunla ahəng yaratmalı olan bu aksessuar, adətən mövsümə görə dəyişir. Payız ayları təbiətin ən rəngli aylarından olduğu üçün, bu mövsüm gəlin buketini adətən qırmızı, bardo, narıncı rənglərdə olan güllər təşkil edir.

Lakin xanımların adətən üstünlük verdiyi çəhrayı və bənövşəyi rəngli çiçəklər hazırda gəlinlik buketlərində artıq dəbli hesab edilməsə də, nadir gül növlərindən olarsa zövqlü seçim hesab edilə bilər. Adətən payız aylarında pionlar, xrizontema və çiçəklərin şahı sayılan qızıl güllər aktual olur.
g3
Həmçinin yadda saxlamaq lazımdır ki, gəlin buketini təşkil edən güllərin saç düzümündə də istifadə olunması stilistlər tərəfindən artıq dəbdən kənar bir trend hesab edilir. Әvəzində dodaq boyanızı seçərkən onu buketdə istifadə olunan birə-bir tonlarda seçsəniz obrazınızı daha maraqlı etmiş olarsınız.

Bu gün gəlinlik buketlərini daha dəbli edən çiçəklərlə birgə istifadə olunan sarmaşıqlar, ekzotik bitkilərin yarpaqları və ya xırda meyvələridir. Buketinizdə qonaqlarınızı təəccübləndirəcək zərif elementləri istifadə etməkdən çəkinməyin.

Floristikanın digər son trendlərindən biri də budur ki, artıq buketlərdə hətta dekorasiya olaraq suni materiallardan istifadə olunmur. Bu məqsədlə, çiçəkləri sarımaq və ya bəzəmək üçün təbii saplardan, dəmir və ya samandan hazırlanmış dekorativ aksessuarlar geniş yayılmaqdadır.

 

g12
g1
g4
g5
g6
g7
g10

12167602_1074716945880716_1354803031_n
12165765_1074716995880711_1964073478_n
12165888_1074717019214042_908573346_n
12166327_1074716892547388_134641306_n
12167480_1074716999214044_1445398409_n
12167982_1074717015880709_45068846_n

G




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir