pencek

Payızın kəmərli pencək dəbi – FOTOLAR

Baxış sayı: 968

Pencək + kəmər birləşməsi dünya qədər köhnədir. Bol kəsimli pencəklərin dəbə minməsi ilə bu tandem xüsusi populyarlıq qazandı və bədən porsiyaları ilə oynamaq üçün beli vurğulamaq lazım oldu. Payız mövsümündə kəmər yenidən əsas aksessuara çevriləcək – “Miu Miu” və “Alexander McQueen” kimi markalar şoularında kəmər yalnız pencəklərin deyil, jaket, sviter və paltolarında da fonunda təqdim olunub.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, pencəyə uyğun bir kəmər seçmək əzabından xilas etmək üçün moda evləri hazır çıxış yolu təklif edib. Bəzi markaların kolleksiyalarındasa bel çantalarımı kəmərin əvəzedicisi rolunda görürük.

Pop ulduzlarının 90-larda cins şalvar geydiyi zəncirvari kəmər trendi də qayıdır, amma bu dəfə pencək və jaketlərin timsalında.

Bir neçə variantda təqdim olunan kəmərlərin nazik və az nəzərə çarpan modelləri xüsusilə minimalistlərin diqqətini çəkəcək. Onlar nazik ipi xatırlatsa da, beli mükəmməl vurğulayır.

“Gabriela Hearst” və “3.1 Phillip Lim”in hazırladığı kolleksiyalarda kəmər pencəklərdən ayrılmazdır, onu çıxarmaq və dəyişdirmək mümkün olmayacaq, ancaq belə orijinal və qeyri-adi model qarderobunuzu zənginləşdirmək üçün maraqlı seçimdir.

pencek 6

pencek 5

pencek 4

pencek 3

 

pencek 2

pencek 1

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir