geyim

Payızın önə çıxan rəngi olan qırmızını geyimlərimizlə necə uyğunlaşdırmaq olar?

Baxış sayı: 1. 424

Yazın ağı, qışın qarası varsa? payızın da qırmızısı var. 2017-ci ilin payızında tünd və açıq tonlar əvəzinə qırmızı rəng önə çıxacaq. Bu mövsümdə qarderobunuza qırmızını mütləq əlavə etməlisiniz. Bəs qırmızını geyimlərinizlə necə uyğunlaşdırmaq olar? Beləliklə,  bununla bağlı sizlərə faydalı məsləhətləri təqdim edirik.

 

Çəhrayı ilə uyğunlaşdırın


Bu qədər iddialı bir rəngi açıq çəhrayı ilə uyğunlaşdırsanız, həm seksual, həm də feminist görünə bilərsiniz.

 

Damalı parçalarla ahəng yaradın

Başdan ayağa damalı geyim çox ağır görünə bildiyi kimi, tünd rənglərlə də çox cansıxıcı ola bilər. Damalı parçadan hazırlanan paltarı gözəl və iddialı hala gətirmək üçün ən yaxşı yol qırmızı ilə həmahənglik yaratmaqdır.

 

Fərqli tonlarda əlavələr

Artıq payız aylarının yaxınlaşması ilə üst- üstə geyinməyə başlayacağıq. Qırmızını zövqlü şəkildə geyinməyin ən yaxşı vasitələrindən biri üzərinizə geydiyiniz paltarlarda qırmızının fərqli tonlarından istifadə etməkdir.

 

Vurğulamaq üçün istifadə edin

Bu qədər iddialı bir rəngi geyinməyə hələ hazır deyilsinizsə, tədricən qırmızıya keçməyin tam zamanıdır. Çiyinlərinizə atacağınız və ya belinizə dolayacağınız qırmızı şərflə kiçik bir rəng partlaması edə bilərsiniz.

 

Diqqəti bir nöqtəyə cəmləyin

Qırmızı ayaqqabılar və ya qırmızı çanta ilə sıxıcı bir kombinədə diqqətləri üzərinizə çəkə bilərsiniz. Qırmızı dodaqlarla da son toxunuşları edə bilərsiniz.

 

Ofis stilinizə uyğunlaşdırın

Qırmızı gücü təmsil edir. Araşdırmalara görə, qırmızı geyinmək sizi daha özgüvənli göstərir. Ofisdə güçlü və özgüvənli bir imic yaratmaq üçün bəlli günlərdə qırmızı pencək seçə bilərsiniz.

 

Həftə sonu kombininiz üçün ideal seçim

Payız üçün ən rahat həftə sonu kombini: gen kofta, idman şalvarı və idman ayaqqabıları. Bu parçalardan birini qırmızı seçərək, həftə sonu kombininizi iddialı hala gətirə bilərsiniz.

 

Başdan ayağa qırmızı, niyə olmasın?!


Toylarda, özəl görüşmələrinizdə və sair payızın ağırlığını üzərinizdən atmaq üçün ən yaxşı geyim məsləhəti qırmızı bir paltardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir