KOTLET

Pendirli kotlet – RESEPT

Baxış sayı: 1. 573

Azərbaycan mətbəxində kotlet ən sevilən yeməklərdən biridir. Ən az kotlet qədər pendir də yerli mətbəximizin əvəzolunmaz dadlarındandır. Bəs görəsən, kotletlə pendir bir arada olarsa, necə olar? Əgər siz  də bu suala cavab axtarırsınızsa, bu yazı məhz sizin üçündür. Beləliklə, pendirli kotletin hazırlanma qaydasını təqdim edirik.

İnqrediyentlər:

200 qram pendir

4 ədəd sosiska

2 ədəd yumurta

8 çay qaşığı un

Qarğıdalı yarması və ya 200 qram çipsi

1 xörək qaşığı xama

 

Hazırlanma qaydası:

Sosiskanı xırda doğrayın.

Sürtgəcdən keçirilmiş pendirə 1 yumurta, 1 xörək qaşığı xama, 4 xörək qaşığı, 1-2 diş sarımsaq əlavə edin. Yaxşı qarışdırın.

Şirin olmayan qarğıdalı lopalarını əlavə edin.

Kiçik kotletlər düzəldin. Əvvəlcə una, sonra yumurtaya, sonda qarğıdalı yarmasına və ya çipsiyə batırın.

Tavada hər iki tərəfini qızılı rəng alana qədər qızardın.

Nuş olsun!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir