yemeye ne var

Pendirli tava börəyini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 569

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza pendirli tava börəyinin hazırlanma qaydasından bəhs edəcəyik.

 

Tərkibi:

2 yumurta

Yarım stəkan süd

100-150 qram kəsmik

Cəfəri

1 yufka

4 xörək qaşığı yağ

10 dəqiqədə tava börəyi | 1001 Dad - yemək tərifləri

Hazırlanması:

2 yumurtamızı uyğun bir qaba ayırın, yarım stəkan süd əlavə edin və yaxşıca çırpın. Sonra kəsmikimizi əlavə edib çəngəllə əzin. Sonra üstünə cəfəri doğrayın. Bir lavaşı 2 sm qalınlığında kəsib xərcimizə əlavə edək  Xərcimizi hərtərəfli qarışdıraq. Yanmaz yapışmayan qabımıza 2 xörək qaşığı yağ qoyub qızdırın. Xərcimizi isti tavanın içinə töküb tavaya yayaq. Dibi zəif odda qızardıldıqda, qapaqla çevirib tavaya 2 qaşıq yağ əlavə edib hər iki tərəfi də bişirin. Plitə üzərinə götürün və isti şəkildə verin.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir