makiyaj

Peşəkar makiyajın sirləri

Baxış sayı: 581

Gözəl görünmək, hər şeydən əvvəl özünü yaxşı hiss etmək vacibdir. Makiyaj  insanın həyatını yalnız estetik deyil, həm də psixoloji cəhətdən formalaşdıran bir amildir. Professional makiyaj, hər şeydən əvvəl üzün rənglənməsi deyil. Təmiz, parlaq, hamar dəridə üzün gözəl xətlərini üzə çıxarmaqdır.

Beləliklə, sizə peşəkar makiyajın sirlərini təqdim edirik.

– Hər şeydən əvvəl dərinin tipi təyin olunmalı və məhsullar ona uyğun seçilməlidir. Dərinin quru və ya yağlı olması, damarların səthə yaxınlığı, allergik olub-olmamasına diqqət edilməlidir.

– Üz forması nəzərə alınmalıdır. Makiyaja başlamazdan əvvəl üzün anatomiyası müəyyən edilməli və hansı xətlərin vurğulanacağına qərar verilməlidir.

– Üzdəki təbii mimikalar heç vaxt gözardı edilməməlidir.

– Makiyaj edəcək şəxsin rəng və işıq haqqında əsas bilikləri olmalıdır. Hansı rənglərin birlikdə istifadə oluna biləcəyi və bunun necə kölgə effektini yaradacağı bilinməlidir.

Makiyajda etdiyimiz ən böyük səhvlərdən biri də düzgün nəmləndiricidən istifadə etməməyimizdir. Dəri tipinə uyğun nəmləndiricini seçmək makiyajınızın daha dolğun olmasına gətirib çıxaracaq. Qeyd edək ki, üzün nəmləndirmə prosesini makiyaja başlamadan 15 dəqiqə əvvəl etməlisiniz.

Makiyaja başlayanda üzdəki rəng bütünlüyünü qorumalısınız. Dərinin rəng bütünlüyünü əldə etmək üçün dəridə olan ləkə və yara izlərini örtməlisiniz.

Əgər dərinizdəki ləkələr açıq rənglidirsə, bu zaman tünd rəngli tonal kremdən istifadə etməyiniz məsləhətdir.

Tünd rəngli ləkələrdə isə açıq rəngli tonaldan istifadə olunmalıdır.

Gözaltı kremindən istifadə zamanı da diqqətli olmaq lazımdır. Çox zaman bu kremin düzgün seçilməməsi ilə üzdə rəng fərqliliyi yaranır. Bu isə heç yaxşı görünmür. Adətən pudra ilə matlıq təmin olunmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir