efsane rustemova

“Peşmanlıq təri” – “NATAMAM”

Baxış sayı: 293

– Doğrusu, qərar verə bilmirəm, insan aldığı üçünmü daha çox təəssüf  hissi keçirər, yoxsa verdiyi üçünmü?

– Daha çox ehtiyac duyduğu üçün yəqin ki.

– Heç bu tərəfinən baxmamışdım.  Onda belə deyirsiniz ki, ehtiyac duyduğumuz şeylər bizi alçaldır?

– Bu çox kəskin ifadədir əlbəttə. Ehtiyacımız olan şeylər bizi acizləşdirir, həssaslaşdırır. Qorumasız edir deyək.

– Siz dedikcə düşünürəm, doğurdan da,  ən çox ehtiyacım olan şeylərdən istifadə edərək vurublar məni. (gözü dolur)

– Deməli, səni müşahidə edəcək qədər yaxınındakılar olub.

– (ironik gülümsəyir) Doğrudur.

– (Susub ona düşünməsi üçün icazə verirəm)

– Deməli, məsələ nə almaq, nə verməkdir. Məsələ ehtiyaclı olmaqdır. Ehtiyacın olduğunu müşahidə edən yaxın çevrən səndən umacaqlarını əldə edənə qədər sənə istədiyini verirmiş kimi görünəcəklər. Sən də o qədər möhtacsan ki, ilk həmlədən həyəcanlanırsan. O da bunu hiss edəcək qədər təcrübəli şərəfsizdir.

– Qanayan yara hissəsinə çatıq.

– Qanayan? Ürəyimi parçalayan, məni öldürən deyək də buna… Özümü pis hiss edirəm (ağlamağa başlayır) Axı o bilirdi ki, mən ona qədər özümü gizlətmişdim hamıdan və hər şeydən. O bilirdi ki, mən göründüyüm qədər güclü deyiləm, mən ona demişdim axı, danışmışdım qorxularımdan! Bilərək elə ordan vurdu məni Necə bu qədər ağıllı ola bilər axı bir adam… Necə bu qədər dəqiq müşahidə edə bilər… Ya da necə o qədər axmaq olmuşam ki, ona bu qədər hərtərəfli izah etmişəm özümü… Filtersiz… Heç bağlı qapı, sual işarəsi qoymadım qalsın onun üçün. İstəmədim heç nəyin fikrini eləsin… Sonda fikir edərək qalan mən oldum. Mən qıymırdım ona, ona əziyyət verməyə ürəyim gəlmirdi. O məni parça-parça edib ortada qoydu və getdi, heç “UF” da demədi. Bağrım partdayır… Mənmi ona icazə verdim, yoxsa o bu qədər icazəsiz davrana bildi?! (ağlayır)

Səssizlik…

Özünü toparlayıb üzünü silir. “Peşmanlığımın alın tərini silirəm” deyib gülümsəyir.

– Doğrudur, belə təcrübələr insanı yorur. Amma bu cür yanaşmağınız özlüyündə çox gözəldir. Hər insan bir şey qatır bizə. Bu yoldaşın da həyatımıza qatdığı şeyi müəyyənləşdirib təcrübə kitabımıza qeyd etməliyik. Qeyd etməyi tərləməyin qarşısını alacaq botoks iynəsi kimi düşünün. (gülümsünürük) Belə böyük xəyal qırıqlıqları, belə böyük yanılğılar radikal dönüş nöqtələridir və bu nöqtələrdə dəqiq qeydlər almalıyıq. Almalıyıq ki, yenidən eyni şeyi yaşamayaq (ən azından eyni adamda)

BELƏ…

Dünyada, ən aciz olmamız gərəkən yerdə – sevdiklərimizin yanında belə müdafiə mexanizmində olmağımız  (cümləni tamamlamaq istəmirəm.)

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir