Qebile

Peyindən daxmalarda yaşayan və İNƏK QANI İÇƏN qəbilə

Baxış sayı: 582

2021-ci ildə hələ də yer üzündə tərəqqinin yüz illər əvvəl formalaşan insanların həyat tərzini dəyişmədiyi yerlər var.

Yerli əhali adət -ənənələrinə ciddi hörmət edir, baxmayaraq ki, bəziləri barbar görünə bilər.


Fotoqraf Ömər Reda, Keniyanın cənubunda və Tanzaniyanın şimalında yerli xalq masailəri çəkmək üçün Afrikaya gedib. Onların möhtəşəm görünüşləri onun diqqətini cəlb edib. Amma bu qəbilə yalnız makiyaj, pirsinq (bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılması) və saç düzümü ilə tanınmır.

 

Masailər kimliyini qoruyan yeganə Afrika tayfasıdır. Texniki tərəqqini inkar edir və “ağ adamlarla” ünsiyyətdən qaçırlar.

Masailər olduqca döyüşkəndir, lakin enerjilərinin böyük hissəsini heyvandarlığa sərf edirlər. İnəklər onların mədəniyyətində mərkəzi yer tutur.

Masailər dünyadakı bütün inəklərin bir vaxtlar yağış tanrısı Mqai tərəfindən onlara hədiyyə edildiyinə inanır, lakin sonra digər xalqlar bəzi heyvanları oğurlayıb. Buna görə də zaman-zaman digər qəbilələrlə münaqişə edərək, “özlərinə aid olanları” haqlı olaraq geri qaytarmağa çalışırlar.

İnəklər yalnız ət və süd mənbəyi deyil.

Masailər daxmalarını qurudulmuş peyindən qurur və müqəddəs ayinlərdə inək qanı içirlər. Onlarla inək və bir neçə arvadı olan masail kişisi varlı sayılır.

Kasıb insanlar bir arvad saxlayır və beş-on inəklə dolanırlar.

Müəyyən bir yaşa çatdıqda masai uşaqları təşəbbüs ayinindən keçirlər. Həm oğlanlar, həm də qızlar sünnət olunur. Bundan sonra onlar yetkin hesab olunur və ailə qura bilərlər.


Masailər, Şərqi Afrikanın vizit kartına çevrilib.

Safari (müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri) üçün buraya gələnlər üçün yerli sakinlə foto çəkdirmək məcburi proqrama daxildir. Eyni zamanda, masailər əhəmiyyətli ərazilərə nəzarət etsələr də, turizmdən heç bir fayda görmür.

Qəbilənin ən məşhur nümayəndələri, 800 metrlik məsafəyə qçışda dünya rekordçusu David Rudişa və 1979-cu ildə eyni adlı filmdə Əcnəbi rolunu oynayan aktyor Bolaji Badedjodur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir