pive

Pivə sevərlərə daha bir pis xəbər

Baxış sayı: 2. 768

Müəyyən xəstəliklərin müalicəsi zamanı spirtdən istifadə edilir. Hətta bəzi xəstəliklər zamanı həkimlər xəstələrə az miqdarda spirtli içki qəbul etməyi tövsiyə edirlər. Amma unutmayaq ki, spitli içkilərin xeyiri ilə müqayisədə zərəri daha çoxdur. Həddən artıq qəbul edildikdə spirtli içkilər səhhətimizdə sağalmaz yaralar açır. Amerikan alimlərin apardığı bir araşdırma isə spirtli içkilərin zərərləri barədə daha bir faktı ortaya çıxarıb. Bu araşdırma nəticəsində məlum olub ki, spirtli içkilər dəridə yaranan yaraların sağalmasına təsir edir. Belə ki, mütəmadi olaraq qəbul edildikdə immunitet sistemini zəiflədən bu içkilər eyni zamanda orqanizmdə infeksiyaya qarşı hüceyrələrin inkişafının qarşısını alır.

Bu nəticəyə gəlmək üçün alimlər bir neçə gün ərzində siçanlar üzərində müxtəlif müşahidələr aparıblar. Bu zaman müddətində siçanlara spirt və fizioloji məhlul içirdib və müntəzəm olaraq qanda spirtin səviyyəsini ölçüblər. Sonda belə qənaətə gəliblər ki, həddən artıq spirtli içki qəbul etmək orqanizmdə ağ qan hüceyrələrinin miqdarını aşağı salır. Bunun nəticəsində isə orqanizmin özünübərpa qabiliyyəti zəifləyir. Bu isə öz növbəsində bədəndəki yaraların tez zamanda sağalmasının qarşısını alır.

Bütün bunlarla yanaşı, insan orqanizmini zəiflədən içki həm də cərrahiyyə əməliyyatı zamanı xəstənin əleyhinə işləyən əsas göstəricilərdən hesab edilir. Buna görə də spirtli içki aludəçilərinin əməliyyat edilməsi çox riskli hesab edilir. (kishi.az)

Qeyd edək ki, “gencaile.az” saytı olaraq bu yaxınlarda pivənin daha bir fəsadı barədə məlumat vermişdik. Həmin material kişilər üçün xüsusilə maraq kəsb edirdi. Çünki söhbət kişi hormonlarının qadın hormonları ilə əvəz olunması təhlükəsindən gedirdi. Həmin materialla bu linkdə tanı ola bilərsiniz:

A kişi, pivə içmə qadın olacaqsan!

http://gencaile.az/kisi-3/kisi-ve-problemler/a-kisi-pive-icme-qadin-olacaqsan/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir