kokelmek

Piylənmə beyin problemidir?

Baxış sayı: 1. 357

Artıq çəki ilə mübarizə öncə beyində başlanmalıdır, bu qərarı beyin verməlidir. Bunu Türkiyə Endokrinologiya və Metobolizm Cəmiyyətinin sədr müavini, professor Ayşəgül Atmaca deyir. O, artıq çəkinin bütünlükdə toplumu narahat edən problem olduğunu və artıq uşaqları da təhdid etdiyini bildirib.

Piylənmə ilə mübarizə üçün çoxlu sayda diet proqramlarının olduğuna diqqət çəkən mütəxəssis, aşağı kalorili diyet proqramları ilə müəyyən müddət artıq çəkinin azaldığını, amma sonradan yenə əvvəlki qidalanma alışqanlıqlarına qayıdıldığını, ona görə də tez bir zamanda artıq çəki yarandığını deyib. Onun fikrincə, həyat tərzini dəyişmək çox çətindir. Bir şəxsin həyat tərzini dəyişməsi əslində müalicə deməkdir. Artıq çəki ilə mübarizədə qidalanma alışqanlıqlarını dəyişmək lazımdır. Bunu hər şeydən əvvəl beyində dəyişmək, beyinin qərar verməsinə çalışmaq lazımdır.

Mütəxəssis, həmçinin piylənmə ilə mübarizədə hərəkətin çox vacib olduğunu, həftədə ən azı 150 dəqiqə idman etməyin önəmli olduğunu vurğulayır.

Bundan başqa, gündəlik aktivliyin də mühüm amil olduğunu deyib. Məsələn, gündəlik lift yerinə pilləkənlə qalxıb-enmək, yaxın məsafələrə maşınla yox, piyada getmək, uşaqlara hərəkətli oyunlar oynamağı öyrətmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir