iN7Jeqfh

Piylənməyə çarə tapıldı?

Baxış sayı: 2. 103
ABŞ-ın Blüminqton şəhərindəki İndiana Universiteti və Helmhols Mərkəzinin nəzdindəki Şəkərli Diabet və Piylənmə İnstitutu izafi çəki, habelə metabolik pozuntular problemləri ilə məşğul olurlar.iN7Jeqfh
“Gencaile.az” Remedium-a istinadən bildirir ki, planetdəki insanların təqribən 20 faizi izafi çəki problemi ilə qarşılaşır. Artıq çəki isə insult və infarkt riskini artırır.
İzafi çəki və piylənmənin müalicəsi üçün GLP-1 reseptorlarına təsir edən preparatlar satılır. Fəqət belə təsirin nə ilə nəticələnəcəyi barədə dəqiq məlumatlar yoxdur. Məsələn, bəzi araşdırmalar reseptorların aktivləşməsinin çəkini daha da artırdığını sübut edir.
Alimlər məhz bu səbəbdən GLP ilə yanaşı, mədəaltı ingibiləşdirici polipeptid olan GİP reseptoruna təsir edən eksperimental preparatın effektivliyini yoxlamağa başlayıblar.
Həmin preparat çəkini sürətlə aşağı salır, orqanizmdə şəkər miqdarını normallaşdırır.
Preparatın sınaqları davam edir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir