qizil

Planetin ən qiymətli məhsulları – FOTOLAR

Baxış sayı: 1. 771

Bəşəriyyətin böyük bir hissəsi hesab edir ki, qızıl ən bahalı məhsuldur. Amma bu, belə deyil.

“Gencaile.az” Publika.az-a istinadən oxucuları dünyanın ən dəyərli məhsullarının siyahısı ilə tanış edir. Maraqlıdır ki, qızıl siyahının ilk onluğuna belə, daxil olmayıb.

16. Zəfəran. 1 qramı 11 dollardır

Zəfəran dadlı və çox xeyirli ədviyyatdır. Onun istehsalı ağır zəhmətlə başa gəlir. Qoxusuna, dadı və müalicəvi xassələrinə görə onun tayı-bərabəri yoxdur.

15. Qızıl. qramı 56 dollardır

Dünyada ən məşhur qiymətli metal qızıldır. Hansı ki, heç bir qadın onsuz özünü təsəvvür edə bilmir.

14. Rodium. 1 qramı  58 dollardır

Platin qrupuna daxil olan bu metal çox nadir tapılır.

13. Platin. Qramı 60 dollardır

Nadir və nəcib metal boz rəngdədir. O, qızıl kimi qələvilər, turşuların və digər birləşmələrin təsirinə qarşı davamlıdır.

12.  Metamfetamin. Qramı 100 dollardır

Bu, “Breaking Bad” seriyalında əsas qəhrəmanın hazırladığı metaldır. Qanunla onu hazırlamaq qadağandır və  əyani şəkildə görməmək daha məqsədəuyğundur.

11. Kərgədan buynuzu. Qramı 110 dollar

Kərgədan buynuzundan həm tibdə istifadə olunur, həm də bıçaq qulpları hazırlanır. Yazıq kərgədanlar brakonyerlərin üzündən məhv olmaq təhlükəsi altındadır.

10. Heroin. Qramı 130 dollar

Bu maddə şüuru dəyişdirir. Ümumiyyətlə, onunla tanış olmaq lazım deyil. Onu tapmaq çətindir, bu da onun bahalığı ilə bağlıdır.

9. Kokain. Qramı 236 dollar

Bu narkotik maddə çox bahalıdır. Bahalı olsa da, hamıya məlum olduğu kimi çox zərərlidir. Ağ kristal tozu insanı öldürməyə qadirdir.

8. LCD qramı 3 000 dollar

Narkotik vasitələrə aid psixoaktiv maddədir. Ona bəzən “yavaş ölüm” də deyilir. Bu maddəni əldə etmək çox çətindir, ona görə də dəyəri ona müvafiqdir.

7. Plutoniumun qramı 4 000 dollar

Ağır kövrək radioaktiv metal gümüşü rəngdədir. O, kosmik aparatlar üçün enerji mənbəyi, atom reaktoru üçün nüvə yanacağı kimi, eləcə də nüvə silahlarının istehsalında istifadə olunur.

6. Painit.  Qramı 9 000 dollar

Bu daş o qədər az tapılır ki, onun haqqında demək olar ki, heç kəs də bilmir. Açıq narıncı və ya qırmızımtıl-qəhvəyi çalarlı mineral 65 il əvvəl tapılıb.

5. Taffeit. Qramı 20 000 dollar və ya karatı 4 000 dollar

Qiymətli daşdır. Bu daş çəhrayı, qırmızı rəngli və ya rəngsiz ola bilər. O, almazdan milyon dəfə daha az tapılır. Onun unikallığına baxmayaraq, zinət əşyaları istehsalında ona tələbat azdır. Bununla əlaqədar, dəyəri almazdan nisbətən aşağıdır.

4. Tritium. Qramı 30 000 dollar

İşıq mənbələrində istifadə olunur. Bir kiloqram tritium istehsalı təxminən 30 milyon dollara başa gəlir.

3. Almaz. Qramı 55 000 dollar

Yer üzündə ən məşhur daş-qaşdır. Yetkinlik yaşına çatmış hər bir qız onun arzusundadır.

2. Kalifornium. Qramı 25-27 milyon

Ən bahalı element olan kalifornium 1950-cu ildə yaradılıb.

1. Antimaddə. Qramı 62,5 trilyon

Yer üzündə ən bahalı substansiyadır. Onun milliqramı təxminən 25 milyon dollardır. Ondan gələcəkdə kosmik gəmilər üçün yanacaq kimi istifadə etmək nəzəri cəhətdən mümkündür. Lakin yalnız bir qramı yaratmaq üçün bütün dünya əhalisi təxminən bir il yorulmadan çalışmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir