p

Plasebo effekti nədir?

Baxış sayı: 1. 343

Plasebo– psixoloji təsir nəticəsində fizioloji dəyişmədir. Plasebo daha çox içi boş dərmanlar kimi tanınır. Plasebo mütəxəssis tərəfindən müalicə edilən vəziyyət üçün xüsusi bir təsir göstərməyəcəyi müəyyən olunan  və simvolik təsir üçün istifadə edilən bir müalicə forması, ya da müalicə prosesini sürətləndirən bir vasitədir. Plasebo təkcə xəstələrə heç bir təsirə malik olmayan dərman vermək demək deyil. Bununla bərabər dəstək, qayğı və güvən duyğusu da aşılanarsa müsbət nəticə əldə etmək olar. Plasebo effekti xəstəlikdən xəstəliyə,insandan insana, mədəniyyətdən mədəniyyətə, hətta fərqli zaman və məkanda fərqli nəticələr göstərə bildiyinə görə onun effekti haqqında dəqiq məlumat vermək hələ ki, qeyri-mümkün hesab olunur. Müsbət nəticələri danılmasa da plasebo effektiv bir müalicə metodu kimi bütün dünyada qəbul olunmamışdır və ölüm riskinin olduğu vəziyyətlərdə sınanılmaması məsləhət görülür.

 

Gözləntilərin gücü və plasebo effekti

“Yaxşılacağına həqiqətən inanan insanlar yaxşılaşır” deyirlər. Dəfələrlə xərçənglə mübarizədə qalib gələn, sonda sağlam bir şəkildə sevdiklərini qucaqlayaraq həyatına davam edən insanların hekayəsini eşitmişik. Sözün əsl mənasında ölümdən dönənlər, amansız xəstəliklərə məğlub olmayanlar… Gündəlik həyatda kimisi buna beyin gücü adını verir, kimisi inam, kimisi qismət… Adı nə olursa olsun, insanlar hər zaman əhval-ruhiyyəsini yüksək tutacaq, onları hər şeyin yaxşı olacağına inandıracaq bu “inamın”, “gücün” varlığına ehtiyac duyurlar. Bir güc. Bir dərman. Bəs bu dərman sadəcə şəkərdən ibarətdirsə?

Hazırki dövrdə xəstəliyin nə dərəcədə ağır olmasından asılı olmayaraq inamın, pozitiv əhval ruhiyyənin insanın immun sisteminə müsbət təsir göstərdiyi hamıya məlumdur. İstər xəstənin müalicə müddətində həkimi və yaxınları tərəfindən gördüyü qayğı, istərsə də yaxşılaşacağı haqda fikirlər, ümidlər, qəbul etdiyi dərmanlardan asılı olmayaraq xəstənin vəziyyətinə müsbət təsir göstərir. Buna görə də elm adamları müxtəlif dərman preparatlarının təsir gücünü yoxlayan zaman onları dərmana bənzəyən, amma əslində sadəcə şəkərdən ibarət maddə ilə müqayisə edirlər. Əgər adi, əslində heç bir bioloji təsirə malik olmayan maddə sırf “dərman” adı ilə xəstəyə təqdim olunduğuna görə əsl dərman preparatı ilə eyni nəticəni göstərirsə, onda elm adamları bu dərmanı yararsız hesab edir. Məhz həmin dərmana bənzəyən şəkər tərkibli maddələr plasebo adlanır. Qeyd etmək lazımdır ki, plasebolar bioloji xarakterli xəstəliklərdə deyil, depressiya kimi psixoloji xəstəliklərdə faydalı hesab olunur. Bəzi tədqiqatçılar plasebo effektini şərti reflekslə əlaqələndirir, bəziləri isə “xoşbəxtlik hormonu” olan endofrin sintezinin sürətlənməsi ilə.

 

Şərti refleks və plasebo effekti

Şərti refleks prosesində orqanizm bəlli qıcığa müvafiq cavab reaksiyası verməyi öyrəndiyindən, bir sıra elm adamları belə heab edirlər ki, orqanizm plasebonu dərman preparatı kimi qəbul etdiyi üçün əsl dərman preparatına necə cavab reaksiyası verirsə, eynilə plasebo adlanan şəkər tərkibli maddəyə də bu cür cavab verir. Bir sıra tədqiqatlar bu fərziyyənin doğruluğunu təsdiqləyir. Belə ki, bəzi insanların beyni placebo qəbulundan sonra eynilə gerçək dərman preparatlarını qəbul etdikdən sonrakı prosesləri təkrarlayır. Ancaq bu fərziyyə placebo effektini üstün idrak proseslərindən ayıraraq, avtomatik bir refleks forması ilə əlaqələndirir. Halbuki, sözü gedən hislər, gözləntilər, ümidlər, inanclar beyinlə əlaqəli proseslər olduğundan onları sadəcə şərti reflekslə izah etmək qeyri-adekvat hesab olunur.

 

Endorfin sintezi və plasebo

Plasebo effektini endorfin maddəsinin sitezi ilə izah etməyə çalışan elm adamları isə belə bir arqumentlə çıxış edirlər: şəkər tərkibli maddələri qəbul edərək sağalacağına ümid edən insanların ümid və inam hissi sayəsində orqanizmində müsbətə doğru dəyişikliklər yaranmağa başlayır. Bu dəyişikliklərdən ən önəmlisi insanın əhvalını, şən və kefsiz olmasını tənzimləyən “xoşbəxtlik hormonu” adlandırılan endorfin maddəsinin sintezidir. Plasebo dərmanlarını qəbul etdikdən sonra orqanizmindəki endorfin sintezi süni yolla əngəllənən xəstələrdə müsbət dəyişikliklərin qısa bir zamanda zəifləməsi və yox olması bu fikri dəstəkləyir.

Zaman-zaman plasebo effektinin heyrətamiz nəticələri ilə qarşılaşan elm adamları psixoterapiyanın da plasebo effektindən ibarət olduğunu, fərqli psixoterapiya növlərinin demək olar ki, eyni mənanı daşıdığını qeyd edirlər. Doğrudur, müəyyən edilmişdir ki, müalicə prosesinə inamla yanaşan xəstələr, xüsusilə psixoloji narahatlığı olan insanların gələcəyə ümid bəsləyən böyük bir qismi qısa zamanda xəstəliyə qalib gəlmişdir. Lakin bu gerçək psixoterapiya prosesinin yalnız plasebo effktindən ibarət olduğunu deməyə əsas vermir.

 

Lakin Plasebo təkcə müsbət nəticə vermir

1987-ci Monterey park (Kaliforniya) futbol oyunu zamanı dörd azakeşin halı heç bir görünən səbəb olmadan pisləşdi. Həkimlər müəyyən etdilər ki, onlar tibunanın yanındakı avtomatdan zəif alkoqollu içki qəbul etmişlər. Stadion rəhbərliyi hamıya elan etmyə məcbur oldu ki, bu içkidən almasınlar o, zəhərlənməyə səbəb ola bilər. Bir neçə dəqiqə keçdikdən sonra tirbunada adamlar yıxılmağa, huşlarını itirməyə başladılar. 200 nəfər o hala düşdü ki, onlar sərbəst hətəkət edə bilmədilər. Təcili içkinin kimyəvi-bakterioloji analizi keçirildi və məlum oldu ki, içkidə zəhərli heç nə yoxdur və o zəhərlənməyə səbəb ola bilməz. Bu xəbər tezliklə azarkeşlərə çatdırıldı və onlar möcüzəli şəkildə sağaldılar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir