plastik qablar

Plastik qablar insan orqanizminə nə dərəcədə təsir göstərir?

Baxış sayı: 234

Plastik əşyaların zərəri daim müzakirə edilən mövzulardan biridir. İnsan orqanizminə, ümumilikdə təbiətə zərər verən bu məhsulların istehsalına və istifadəsinə artıq bir çox ölkələrdə qadağa qoyulub. Bəs görəsən, sözügedən maddədən hazırlanan sintetik məhsullar insan orqanizminə nə dərəcədə təsir göstərir?

Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün onkoloq Aysel İbrahimovaya müraciət etdik.

A.İbrahimova bildirdi ki, polimer qablardan istifadə etmək olduqca təhlükəlidir:

“Plastik qablar texnoloji olaraq düzgün istehsal olunarsa, heç bir zərər verməz. Ancaq təəssuf ki, əmin olmadığımız üçün tövsiyə etmirik. Xüsusilə, isti yeməklər üçün polimer qablardan istifadə daha təhlukəlidir. Allergik reaksiyalardan tutmuş xərçəng xəstəliyinə qədər gətirib çixara bilər. Bəzən körpə uşaqlara süni qidalar verən zaman da plastik butulka və qablardan istifade edirlər. Bu isə qətiyyən tövsiyə olunmur. İsti qidalar polimer qablarda uzun müddət saxlanıldıqda tərkibində dəyişiklik gedir və orqanizm üçün təhlükəli bir qidaya çevrilir”.

Həkim onu da qeyd etdi ki, artıq bir çox Avropa ölkələrində bu qabların istifadəsinə qadağa qoyulub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir