sirniyyat

Plastik yemək qablarının ZƏRƏRLƏRİ

Baxış sayı: 611

Bəzi plastik qablar yemək üçün hazırlanmır. Müvafiq işarələr bu cür qablara qeyd olunur. Bunlara diqqət etməsəniz, sağlamlığınıza zərər verə bilərsiniz.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu sözləri Rospotrebnadzor Administrasiyasının Moskva Bölgəsi qida gigiyenasına nəzarət şöbəsinin müdiri Nadejda Rayeva deyib.

“Yeməyinizi təkrar istifadə edilə bilən qablardan yeyirsinizsə, çəngəl-bıçağı davamlı qaba sürtürsünüzsə, bu, örtüyünün bütövlüyünün pozulmasına səbəb olur. Nəticədə ağır metalların və ya zəhərli duzların qida yolu ilə orqanizmə daxil olması mənfi təsir göstərə bilər”, – Nadejda Rayeva açıqlamasında bildirib.

Rospotrebnadzor nümayəndəsi qabı istifadə etməzdən əvvəl onu diqqətlə öyrənməyinizi tövsiyə edir. Cızıqlar görünürsə, rəng və şəffaflıq dəyişibsə, artıq dəyişdirmə üçün bir səbəb var.

“Əgər xoşagəlməz bir qoxu varsa, bu cür qablardan qətiyyən istifadə edilə bilməz. Əgər qabı istifadə etdikdən sonra qəfildən kimyəvi bir dad hiss etsəniz, bu da dərhal konteynerin dəyişdirilməsi üçün əsasdır. Konteyner deformasiyaya uğrayıbsa, isitmək üçün uyğun deyil və təhlükəli ola bilər”, – mütəxəssis xəbərdarlıq edib.

Ekspert şüşə qabların seçilməsini tövsiyə edir: daha təhlükəsizdir, çünki zəhərli elementlər buraxmır və istifadə müddəti daha uzundur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir