OLYMPUS DIGITAL CAMERA

Polikistoz zamanı overial drillinq əməliyyatı

Baxış sayı: 4. 990

Polikistoz zamanı overial drillinq əməliyyatı

Yumurtalıqların polikistozu səbəbi ilə sonsuzluq zamanı Overial drillinq (pəncərə açılması) əməliyyatı

Overial drillinq ovulasiyanı yəni, yumurtlamanın pozğunluğu olan  polikistik over sindromu olan  (Şteyn Levental sindromunda)  xəstələrdə  ovulyasiyanı nizamlamaq və nəticədə hamiləlik şansını artırmaq üçün icra olunan cərrahi əməliyyatdır.

Overial drillinq həm açıq, həm də laproskopik yolla icra olunur. Polikistik over (polikistoz) sindromlu xəstələrdə disamnoreya olur yəni, adət xəstəlenmələri nizamsız olur.

Overial drillinq əməliyyatından sonra xəstədə normal amnoreya qeyd olunur və xəstədə testestoron səviyyəsi enir. Testesteron səviyyesinin azalması xəstədə tüklənmənin azalmasına səbəb olur.

Polikistik over xesteliyi zamanı ovulasiya (yumurtlama ) olmur və ya nizamlı surətdə olmur. Hamiləliyin olmaması da bu səbəbdəndir. Bu proses xəstədə hormonal disbalansa səbəb olaraq adətən testestoron və inusulin səviyyələrini artırır. Bu hormonlar isə qadında piylənmə və tüklənmənin yaranması, səsin kobudlaşmasına səbəb olur.

Bu sindrom zamanı aşağıdakı dərman preparatları effektli olur:

Polikistoz zamanı overial drillinq əməliyyatı

1.Kontraseptivlər-bunla polikistik over sindromunda adətləri nizma salsada xəstənin hamilə qalmasınında qarşısını aldığı üçün tam effekt olmur.

2. Klomifen preparatı da bu patologiyada yaxşı effekt verir.

3. Metformin inusulin səviyyəsi yüksək olan xəstələrdə effektli olur.

Testestoron səviyyəsinin yüksək olmasının əlamətləri nədir?

Testestoron kişi hormonu olduğu üçün qadında yüksək olduğu vaxt, bədəndə tüklənməyə,  piylənməyə,səsin kobudlaşmasına və disamnoreyaya – adətin qeyri normal olmasına səbəb olur. Nəticə olaraq xəstədə normal ovulasiya olmadığı üçün hamiləlik olmur.

Overial  drillinq nədir?

Polikistozlu xəstələrin yumurtalıqları tipik olaraq normal yumurtalıqlardan fərqli olaraq, daha qalın xarici səthə malik olur və daha çox testesteron sintez edir. Overial drillinq əməliyyatı zamanı polikistozlu yumurtaliğın qalın divarı dəlinir və aparılan xəttlər vasitəsi ilə ovulasiyanı təmin etmək üçün qalın divar zəiflədilir, mövcud olan kistlər ləğv olunur. Aparılan bu prosedurdan sonra yumurtalıqların testesteron sintezi azalır. Əməliyyat laproskopik yolla icra olunur və bu zaman kiçik kəsik aparılır. Əməliyyatdan sonra izi qalmır.

Polikistoz zamanı overial drillinq əməliyyatı

Overial  drillinqin hamilə qalmağa köməyi varmı ?

Əməliyyatdan sonra adət nizamlanır və digər ginekoloji problem yoxsa, hamilə qalmaq üçün şans yüksəkdir. Overial drillinq dən sonra bir il içində xəstələrin 50% hamilə qalır. Sonrakı ikinci ildə xəstələrin 80-85 % hamilə qalır.

Bəzənsə əməliyyatdan sonra xəstədə yumurtlama düzəlsədə xəstəd adət düzənsizliyi davam edir.

Əməliyyat nə qədər davam edir?

Əməliyyat ümumi keyitmə ilə təxminən 30-40 dəqdə icra olunur.

Xəstəxanada neçə gün qalmaq lazım gəlir?

Xəstə xəstəxanada adətən bir gün qalır.

Cərrahi əməliyyat artıq Azərbaycanda da laproskopik yolla tam muasir standartlara uyğun icra olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir