polis

Polisin bahalı avtomobili – Hansı ölkənin polisi hansı avtomobildən istifadə edir? – FOTO

Baxış sayı: 1. 825

Bəzi ölkələr öz gücünü və sərvətini sərgiləmək üçün polisini bahalı avtomobillərlə təmin edir.

“Gencaile.az” Publika.az-a istinadən sizə həmin bahalı polis avtomobillərini təqdim edir.

Lykan Hypersport, BƏƏ

Qiymət: 2,7 milyon funt

Keçən ilin yayında Ərəb Əmirliyinin polis maşınları yerli istehsal olunan avtomobillərlə əvəzləndi. Lykan Hypersport avtomobili 700 at gücü və almaz fənərləri ilə fəxr edə bilər. O zaman bu avtomobildən cəmi 7 dənə buraxılmışdı.

Bugatti Veyron, BƏƏ

Qiymət: 1,3 milyon funt

Öz istehsalı olan superkarlardan başqa Əmirlik daha başqa elit avtomobilləri ilə öyünə bilər. Məsələn, 2014-cü ilə Dubay polisi üçün ayrılmış Bugatti Veyron kimi. Bu avtomobil bir neçə il ən sürətli avtomobil seçilib. Bugatti Veyronda başqa avtomobillər kimi yalnız rəsmi görüşlər və Ərəb Əmirliyinin sərvətini sərgiləmək üçün nəzərdə tutulub. Dubay polisinin dayanacağında Aston Martin One-77, Lamborghini Aventador, Audi R8, Ferrari FF kimi avtomobillər var.

Mercedes Benz Brabus Rocket CLS, Almanya

Qiyməti: 472 min funt

Almanya öz polislərini yerli avtomobillərlə təmin edir. Onlardan biri Brabus Rocketd avtomobilidir. 2006-cı ildə Brabus nəinki ən sürətli polis avtomobili, həmdə dünyanın ən sürətli minik avtomobili seçilib. 29,5 saniyə ərzində saatda 300 km\s qədər sürət yığa bilir.

Caparo T1, İngiltərə

Qiyməti: 235 min funt

İngilis polisinin xidmətində britaniya istehsalçısı olan Caparo Vehicle Technologies tərəfində istehsal olunan iki oturacaqlı avtomobili var. Onun maksimal sürəti saatda 322 kilometrdir. O, 5 saniyə ərzində 160 km-ə kimi sürət yığa bilir. Lakin bu avtomobil yalnız düz yollar üçün nəzərdə tutulub.

Porsche Panamera, Avstraliya

Qiymət: 160 min funt

Hüquq mühafizə orqanlarının əməkdaşları bu avtomobili yalnız nümayiş və bayram şənliklərində istifadə edirlər. Bu avtomobilin analoqu Qatarda da var. Hətta bu avtomobillər Qatarda Avstraliyadan bir neçə il əvvəl polislərin əmrinə verilib. Yeri gəlmişkən Porsche Panamera sürəti 318 km\s.

Spyker C8, Niderland

Qiymət: 140 min funt

Niderland da öz istehsalatına üstünlük verir. Spyker C8 avtomobili sürəti 300 km\s, 4.5 saniyə isə 100 km\s qədər sürət yığa bilir. Avtomobil xüsusi günlər üçün nəzərdə tutulub.

Nissan GT-R, ABŞ

Qiymət: 94 min funt

“Forsaj” filmində çəkilən avtomobil amerika polisinin xidmətindədir. Bu avtomobil polisin gizli əməliyyatları üçün nəzərdə tutulub. Cinayətkarın bu avtomobildən çərin ki canı qurtarar. Çünki cəmi 2 saniyədə avtomobil 100 km\s sürət yığa bilir.

Chevrolet Corvette, Almanya

Qimət: 45 min funt

Keçən il alman polisləri yeni Chevrolet Corvette avtombilləri ilə təmin edildi. 4 saniyə ərzində avtomobil 100\s kimi sürət yığa bilir. Maksimal sürət isə 290 km\s. Bu polis avtomobilləri sirf rəsmi nümayışlır üçün nəzərdə tutulub.

Lotus Evora S, İngiltərə

Qiymət: 37 min funt

Britan avtomobil istehsalçısı Lotus bir neçə il əvvəl ingiltərə polislərinə yeni Lotus Evora S hədiyyə etdi. Avtomobilin sürəti 280km\s, 5 saniyədə isə 100km\s qədər sürət yığa bilir. Bu avtomobildən Milanın və Romanın ictimai xidmətində də var. Yeri gəlmişkən italyanlar avtomobili soyuducu ilə təchiz edərək ondan orqan transplantasiyasında və qanköçürmədə istifadə edirlər.

Dodge Charger Charger Pursuit, ABŞ

Qiymət: 35 min funt

Amerika polisləri çoxdan öz istehsalları olan Dodge Charger avtomobilindən istifadə edirlər. Keçən ildən başlayaraq onlar xüsusi təchiz olunmuş Pursuit avtomobillərinə əyləşdilər. Təkcə Koliforniya yay ərzində 600 belə avtomobil sifariş edib. Dodge Charger Charger Pursuit avtomobili 6 saniyə az bir vaxtda 100 km\s qədər sürət yığa bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir