pomidor sorbasi

Pomidor şorbası ilə ramazan süfrənizi dadlandırın

Baxış sayı: 439

Ramazan süfrənizdə  pamidor şorbası varsa bu sizin üstünlüyünüz ola bilər. Fərqli təamllarla süfrənzi rəngləndirə bilərsiniz. Eyni zamanda ifdara dəvət etdiyniz qonaqları menyunuza heyran qoyacaqsınız.

Bunun üçün də “Gencaile.az” saytı  pomidor şorbasının hazırlanma qaydasını təqdim edir.

 

Necə hazırlanır?

Ləzzətli yeməyimizi hazırlamaq üçün ilk öncə bir çay qaşığı kərə yağını əridin. İki yemək qaşığı ağ unu əlavə edib, orta temperaturdaam xodda rəngi dəyişənə kimi qovurun. 5 ədədə orta boy pomidoru rəndlənmiş pomidoru üstünə tökün. 5 dəqiqə bu qarışığı bişirin. Daha sonra üzərinə 4 stəkan ət suyu və iki çay stəkanı südü də əlavə edin südü tökdükcə qarışdırın. Şorbanı qaynayana kimi gözləyin. 15 dəqiqə bişdikdən sonra blenderdan keçirin. Süfrəyə təqdim etdikdə kasalara doldurulan şorbanın üzərinə rəndələnmiş  holland pemndiri əlavə edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir