porse

“Porsche”nin “ulu babası” tapıldı

Baxış sayı: 1. 609

Avstriyada 4 il istifadə edildikdən sonra tərk edilmiş anbarda 113 ildir əl dəyməyən “Porsche” tapılıb.

Şirkətin qurucusu Ferdinand Porşenin 22 yaşında hazırladığı ilk nəqliyyat vasitəsi olan “Egger-Lohner” ilk baxışda at arabasını xatırlatsa da, əslində, o dövrün ən son texnologiyası ilə hazırlanıb.

“Porsche” tərəfindən “P1” adlandırılan nəqliyyat vasitəsinin arxa hissəsində 3 at gücündə elektrik mühərriki var. Saatda 33 km/sürətlə hərəkət edən “P1” elektrik qidalandırıcısı ilə təxminən 78 kilometr yol qət edə bilir.

Maşını tapan şəxsin adının açıqlanmasını istəmədiyini ifadə edən şirkət sözçüsü “P1” modelinin necə tapılmağı ilə bağlı ətraflı məlumat verməyib.

Avtomobilin Almaniyanın Ştutqard şəhərindəki “Porsche” muzeyində sərgiyə qoyulacağı bildirilib.

Qeyd edək ki, “P1” ilk dəfə 27 iyul 1898-ci ildə istifadə olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir