bulasik_makinesi_fe936adf50cd20893f073bd254068eac

Portağal qabığı ilə nələr etmək olar? – SİYAHI

Baxış sayı: 2. 420

Lazımsız olduğunu düşünüb atdığınız portağal qabığı ilə nələr edə bilərsiz? Heç düşünmüsüz? Biz sizə portağal qabığından nələr edə biləcəyinizin siyahısını təqdim edirik.

Portağal qabığını blendrdən keçirin, sonra az odda sobada qurudun. Daha sonra bunu kekslərdə, tortlarda istifadə edə bilərsiz.

Dəmlədiyiniz bitki çayının içinə portağal qabığı ataraq ləzzətini zənginləşdirə bilərsiz.

Portağal qabığındakı potasium, protein, vitaminlər dərimiz üçün çox faydalıdır. Portağal qabığı rəndəsini çox az şəkərlə qarışdırıb boyun və üzə masaj edərək tətbiq edin, sonra ilıq suyla yuyun.

Qurudulmuş portağal qabığını qış, ya yay geyimlərinin arasına qoya bilərsiz . Geyimləriniz həm gözəl qalacaq, həm də güvə düşməyəcək.

Portağal qabığını evdəki isidicilərin üzərinə qoyun. Qoxusu evi təravətləndirəcək. Eyni zamanda portağal qabığını qoxusu çıxana kimi qərənfil, ya da darçınla qovuraraq eviniz üçün gözəl ətir kimi istifadə edə bilərsiz. Bu qarışımı bir qaba qoyub salona yerləşdirin.

Blendrdə incə şəkildə çəkilmiş portağal qabığını dəmir qabda zeytun yağı ilə qarışdırın  və 1 gün saxlayın. Bu qarışımı salatlarınız üçün istifadə edə və mükəmməl bir dad əldə edə bilərsiz.

Qabyuyan maşında pis qoxular və əhəngləşməyə qarşı portağal qabığını istifadə edə biərsiz. Bir neçə dilim portağal qabığını maşına atın. Paltarlar yuyulub qurtarandan sonra gözəl qoxu saçacaq.

Portağal qabığını blendrdən çəkin və bibəriyə yağı ilə qarışdırın. Sellülit olan bölgənizə bununla masaj edib streç sellofanla sarıyın. Həftədə 2 dəfə edin.

 

 




1 şərh “Portağal qabığı ilə nələr etmək olar? – SİYAHI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir