menzil

Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti necə dəyişəcək? – EKSPERT YANAŞMASI

Baxış sayı: 801

Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti arta bilər. Belə ki, pandemiya dövründə satış daşınmaz əmlakın alqı-satqısı dayandığı üçün bazarda durğunluq yaranıb. Bu dövrdə sahibkarlar zərərlərini postpandemiya dövründə çıxara bilmək üçün əmlak qiymətlərini artıra bilər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, 2020 ci ilin əvvəlindən başlayan koronovirus pandemiyası əksər dünya ölkələri ilə bərabər Azərbaycan iqtisadiyyatına da cox ciddi mənfi təsir görtərib: ” Neftin qiymətinin düşməsi, bankların bağlanması və digər sahələrə olan yatırımların riskli olması vətəndaşlarda sabaha inamsızlıq yaradıb. Belə ki, əlində vəsaiti olan hər bir vətəndaş yeni yatırım mənbəyi və alternativlər axtarır”.

Azərbaycanda əcnəbilər üçün "yaşıl işıq" təklif olunur

Ekspertin sözlərinə görə, bu gün ölkədə ən etibarlı kapital yatırımı sahəsi məhz tikinti sahəsidir. Belə ki, 2000-ci illərin əvvələrindən inkişaf etməyə başlayan tikinti sahəsi bu gün öz pik həddini yaşayır.

“Tikinti sahəsi dəyərini qoruyub saxlayır. Bununla yanaşı, daşınmaz əmlakın qiymətlərinin artması da sübut edir ki, ən əlverişli gəlir mənbəyi tikinti sektorudur” – deyən E. Fərzəliyev bildirir ki, son 20 ildə əmlak bazarında qiymətlər 7-10 dəfə bahalaşıb.

Belə ki, 2000-ci ildə Elmlər Akademiyası metrosu yaxınlığında 1 otaqlı “xruşovka” layihəli mənzilin qiyməti 10 min manat idisə, indi bu qiymət 60-70 min manatdır.

Onun sözlərinə görə, tikinti sektoru həm də gəlir gətirən bir sahədir: “Məsələn, istənilən əmlak alındığı gündən öz dəyərinin 0.5 faizi nisbətində icarəyə verilərək, gəlir gətirə bilər”.

Ekspertin fikrincə, pandemiya dövründə digər ölkələrlə sərhədlərin bağlı olması, xaricdən ölkəyə daxil olan tikinti materiallarının da qiymətlərinin artmasına səbəb olur.

Bununla əlaqədar 1 ildən çoxdur ki, çoxmərtəbəli binalaırn tikintiisndə azalma müşahidə edilir.

E. Fəzrəliyev hesab edir ki, boş torpaq sahələrinin məhdud olması, torpaqların qiymətinin kəskin artması, tikitni normativlərinin sərtləşdirilməsi və s. bu kimi amillər danışnmaz əmlakın qiymətinin artacağından xəbər verir.

“Qiymətlərin düşməsini gözləmək lazım deyil. Çünki daşınmaz əmlakın ucuzlaşmasına səbəb olacaq heç bir amil yoxdur, əksinə, bahalaşması üçün çox səbəb var. Yəni, daşınmaz əmlak üçün qiymət düşəcəyini gözləyənlər diqqətli olmalıdır” – deyə ekspert bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir