Tramp5

Prezident ailəsinin ölüm ƏYLƏNCƏSİ – FOTOLAR

Baxış sayı: 2. 180

Donald Trampın ABŞ prezidenti seçilməsi bütün diqqəti onun ailəsinin üzərinə yönəltdi. Ona görə bu vaxta qədər Tramp ailəsi ilə bağlı mətbuatda nə yazılıb-pozulubsa hamısı yenidən gündəmə gəldi.

“Gencaile.az” Publika.az-a istinadən xəbər verir ki, 2011-ci ilin yanvarında Trampın Erik və Donald adlı iki oğlu Zimbabve çöllərinə ova yollanırlar. Ov zamanı çoxlu sayda heyvan öldürən milyarderin uşaqları “qurbanların” fonunda çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə paylaşırlar. Lakin onların sevincini çox çəkmir. Çünki heyvan haqlarını qoruyan qurumlar və adi insanlar ayağa qalxaraq bunu etdiklərini vəhşilik adlandırır.

Ən çox qınaq hədəfinə çevrilən şəkil isə balaca Trampın əlində fil quyruğu olan fotodur. İnsanlar onu “nəsli tükənməkdə olan heyvanın cəsədini murdarlayan” deyə ittiham ediblər.

Söz-söhbətin tamam başqa hal aldığı görən ovçular buna “twitter” hesabında reaksiya verirlər: “Birincisi, biz yerli iqtisadiyyata həmişə kömək etmişik. İkincisi, kasıb və ildə bir dəfə ət yeyən əhalini ətlə təmin etmişik. Üçüncüsü də, öldürülən heyvanların heç biri fil daxil olmaqla nəsli tükənməkdə olan heyvanlar olmayıb”.

Tramp isə öz cavabında bunları deyib: “Oğlanlarım ovu çox sevirlər və onlar çox yaxşı ovçudurlar. Özüm bu həvəsi anlamıram və onlarda ova marağın olduğunu görəndə də çox təəccüblənmişdim”.

tramp3 Tramp tramp1 Tramp2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir