bas agrisi

Psixoloqa nə üçün müraciət etməliyik?

Baxış sayı: 1. 773

Günümüzdə insanları əhatə edən vasitə və insanlar çoxaldıqca, onların problemləri də artır. Bu problemlərin artması da öz növbəsində təcili həllər tələb edir. Maddi problemləmlərlə yanaşı insanı yoran digər bir məsələ psixoloji gərginlikdir. Buna əsas səbəb kimi informasiya yüklənməsi, maddi və mənəvi tələbatların ödənilməməsi, damğalama, əhatəsində olan insanlarla qarşılıqlı anlaşılmazlıq və sair göstərə bilərik.
Bu məslədən isə bir başa psixoloqlar sorumlu tutulur. İnkişaf etmiş cəmiyyətlərdə bu məsələlər daha tez və rahat həllini tapır. Çünki problemi olan insan kimə və necə müraciət edəcəyini bilir, buna görə heç kim onu qınamır. Hazırki dövrdə isə bizdə bu balans ciddi şəkildə pozulmaqdadır.

İlk növbədə insanların psixoloqun fəaliyyəti haqqında məlumatının az olması işi çətinləşdirir. Belə ki psixoloqa “Dəli Həkimi” damğası vurulur və onun haqqında bütün bilgilər bloklanmış olur. Nəzərinizə çatdıraq ki psixologiyada dəli adlı bir anlayış yoxdur. Dəli sözü insanların məlumatsız vaxtlarda müəyyən psixoloji problemləri olan insanlara qoyduğu ümumi adddır. Dahası Psixoloq heç həkim də deyil. Psixoloqu sadə anlaşıqlı şəkildə ifadə etsək bütün insanların: şəxs, ailə, qrup. toplum və cəmiyyətlərin psixoloji problemlərinin aradan qaldırılmasına, psixoloji sağlamlıq və rifahını təmin etməyə yardım edən mütəxəssisdir.
Digər tərəfdən cəmiyyətimizdə psixoloqlara bir mənalı baxış olmadığı üçün insanlar ya heç kimə danışır, yada hamıyla paylaşır. Bunun nəticəsidir ki, insanlar təklikdən, ətrafındakıların onları başa düşmədiklərini , insanlarla ünsiyyətə girməkdə problemlər yaşadıqlarını bildirirlər. Əvvəlki məqaləmdə sosial medianın insanların sosial-psixoloji münasibətlərinə təsirindən söz açmışdım.(https://muradakifsoy.blogspot.co.ke/2016/12/mediann-ail-v-usaqlara-tsiri.html) İnsanların sosial mediaya yönəlməsinin səbəblərindən biri kimi ətrafındakıların onlara münasbəti də təsir edir.

Problemlərini hamıyla danışan insanlarda məsələlərin tam həll edə bilmirlər. Beləki onların problemlərini dinləyən şəxslər bir məsləhət vermək məcburiyyətində qaldıqlarını hiss edirlər və hərəkətə keçirlər. Daha sonra bu məsləhət verən insanlar özlərində hamıya məsləhət vermək məcburiyyəti hiss edirlər, insanlara lazım oldu-olmadı, yeri gəldi gəlmədi məsləhət verirlər. Bunun ən acı nəticələrindən biri də bəzi şəxslərin özlərini psixoloq hesab etməsi, psixoloqun təhsillə deyil, bacarıq olduğunu əsas gətirərək müəyyən kurslar keçib psixoloqluq fəaliyyətinə başlayırlar. Ölkədə bunu əngəlləmək üçün hər hansı qanun olmadığı üçün bu “Qondarma Psixoloqlar” öz fəaliyyətinə davam edirlər. Nəticədə isə itirən onlara güvənib müraciət edən insanlar zərər çəkir. Problemləri həll olunmadan qalır, onlardan xidmət üçün alınan vəsaitlər də boşuna xərclənmiş olur. Psixoloqlara inamsızlıq artır.

Bu problemin Psixoloqlardan asılı tərəfi də yox deyil. Bu problemləri aradan qaldırmaq üçün Maarifləndirmə şərtdir. Bu məqaləni yazmaqda əsas səbəbdə budur. Gündəlik həyatda psixoloqlarda damğalanmaya məruz qalır. Bunun üçün insanlara psixologiya elmi haqqında onlarda fikir yaradacaq bilikləri çatdırmaq məqsədəuyğundur.

İnsanları daha düzgün mütəxəssisə müraciət etmələri üçün bu sahədə fəaliyyət göstərən mütəxəssislər haqqında məlumat vermək yerinə düşər. Əsas müzakirəyə səbəb olan  məsələlərdən biri də Psixiatr və Psixoloqun fərqidir.

  • Psixiatriya və Psixologiya arasındakı fərq nədir?
  • MPA (Michigan Psychiatry Association) ‘ya görə psixiatr ilə psixoloq bu şəkildə təyin olunmuşdur:
  •   Psixiatr, tibb fakültəsini tamamlayaraq M.D. (Doctor of Medicine) ya da D.O(Doctor of Osteopathic Medicine)dərəcəsini almışdır. Tibb təhsili əsnasında psixiatriya sahəsində ixtisas təhsilini bitirmişdir. psixiatrlar tibb həkimləri olduqları üçün, möhkəm və sıx bir tibbi təhsildən keçməkdə və əhatəli bir müalicə təmin etmək üçün professional təhsilin tibbi  ənənələrinə və məsuliyyətinə görə hərəkət edirlər.
  • Psixoloq, bakalavr və ya magistr dərəcəsini tamamladıqdan sonra bu sahədə sübat yetirilmiş müəyyən təcrübəsi olandan sonra bu sahədə çalışa bilər.Psixoloqlar təhsilini klinik psixologiya proqramı sahəsində tamamladıqlarında “Klinik Psixoloq” ünvanını ala bilərlər. Klinik psixoloqlar, psixoloji test və qiymətləndirmədə professional deyiller. Psixoloqlar, ruhi və romantik pozuqluqları psixoterapiya ilə müalicə edirlər.
  • Psixoterapevt-Hər psixoloq psixoterapevt deyildir.Psixoterapet olmaq üçün müəyyən əlavə təhsillə psixoterapevtik texnikalara yiyələnməli, eyni zamanda bunlarn tətbiqini aparıb uygun nəticələr əldə etmiş şəxs psixoterapevt sayılır.
  • Psixoloq həkim deyil, dərman müalicəsi  təyin edə bilməz.Psixoloq nə psixiatr,nədə parapsixoloq deyil, yadaki psixoloqun işi sadəcə məsləhət vermək deyildir.  Psixoloq – sağlam insanlarla işləyən, onlara düşdükləri çətin situasiya və qarşılaşdıqları, gözdə problem kimi görünən hadisələrdə özlərini necə aparacaqlarına dair məsləhət verən bir mütəxəssisdir.
  • Loqoped isə “Korreksiyaedici Təlim” ixtisası üzrə bakalavr dərəcəsi və bu sahədə təcrübəsi olan şəxsə deyilir. Psixoloqdan fərqli olaraq loqoped nitq qüsurlarının korreksiyası ilə məşğul olur. Loqoped- psixoloq deyil. Deffektoloq Loqoped ola bilər.
  • İlk növbədə psixloqlar olaraq maarifləndirmə işinə daha diqqətli yanaşacağına, daha sonra yuxarıda qeyd etdiyim problemlərin hüquqi həll tapmasını ümid edirəm. Hər birinizə sağlam ruh arzu edirəm.

 Murad Akifsoy   

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir