pul

PUL – qadın üçün nədir, kişi üçün nə?

Baxış sayı: 1. 584

Müasir dövrdə pul bütün insanlar üçün önəmlidir.  Amma hər zaman qadınların, yoxsa kişilərin daha çox pul xərcləməsi, ümumiyyətlə, pulun qadın və kişilər üçün hansı anlamları ifadə etməsi maraq doğurur. Məhz bu sualların cavablarını axtaran mütəxəssislər onların pula yanaşmalarındakı fərqləri də üzə çıxarmağa çalışıb. Aparılan araşdırmaları ümumiləşdirən tədqiqat müəllifləri yanaşmadakı fərqi bir neçə məqamla izah etməyə çalışıb.

Məsələn, kişi musiqi mərkəzi almaq istəyirsə, əvvəlcə onun haqqında çoxlu məlumat toplamağa çalışır. İnterneti “eşir”, həmin modelin keyfiyyəti, uzunömürlülüyü və sair haqda mümkün qədər çox xəbər öyrənməyə çalışır. Piştaxtanın qarşısında dayanarkən də kişilər daha çox düşünür və yalnız bunun məhz axtardığı mal olduğuna əmin olduqdan sonra onu alır. Üstəlik, kişilər belə mala nə qədər desən pul ödəməyə hazırdır.

Картинки по запросу PUL - qadın, kişi

Qadın isə müsiqi mərkəzini seçərkən onun xarici görünüşünə, evdə interyerə nə qədər uyğun gələcəyinə diqqət etməklə yanaşı… minimum məbləğə ən yaxşı mal almağı düşünür. Amma burda bir maraqlı məqam da var: qadınlar kosmetika və parfümeriya alışı zamanı “kişi yanaşması”ndan istifadə edir.

Əyləncəyə pul xərclənməsinə də kişilərlə qadınlar arasında yanaşma fərqlidir. Bar və ya gecə klubuna gəlmiş kişi menyunun yarısını sifariş, ətrafındakıları hər şeyə qonaq edə bilər. Düşüncə belədir: “Dincəlməyə gəlmişiksə, dincələk!”

Qadınlar isə bu işdə özlərini tam fərqli aparır. Çünki onun beyinində yalnız bir fikr var: barda xərcləyəcəyi məbləğə nələr ala bilərdi…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir