test

Pul qazanmağı bacarırsınızmı? – TEST

Baxış sayı: 1. 276

Suallara səmimi və düzgün cavab verin. Yalnız, cavab ballarınızı topladıqdan sonra nəticəni oxuyun.

 

1) Evinizi satmaq istəyirsiniz. Hansı vasitələrdən istifadə edərsiniz?

a) xüsusi firmalara müraciət edərəm-2

b) şəxsi “makler” taparam-3

c) ancaq özüm satmağa üstünlük verərəm-1

 

2) Səhər yataqdan gec durursunuzmu?

a) demək olar ki, həmişə-1

b) xeyr, çox yata bilmirəm-3

c) hərdən olur-2

 

3) Mobil telefonunuz və cüzdanınız həmişə üstünüzdə olurmu?

a) yox, mən bunu xoşlamıram-2

b) əlbəttə-3

c) əhvalımdan asılı olur-1

 

4) Səhər yeməyini harada yeməyi xoşlayırsınız?

a) iş yerində-2

b) ancaq evdə-1

c) fərq etməz-3

 

5) Sizə 1000 dollarlıq iş təklif edirlər və deyirlər ki, yalnız ciddi əmrlər və göstərişlər əsasında işləyəcəksiniz?

a) fikirləşmədən razılaşaram-3

b) ciddi fikirləşərəm-2

c) mən bu formada işləyə bilmirəm-1

 

6) Pul sizin üçün ilk növbədə nə deməkdir?

a) həyati əhəmiyyətli bir şey-3

b) yaşamaq üçün ən real vasitə-2

c) əhəmiyyətli, amma əl çirki-1

 

7) Mağazada bir şey alandan sonra pulun qalığını harada sayırsınız?

a) kassirin yanında-3

b) mağazadan çıxandan sonra-2

c) elə bir yerdə ki, heç kəs bunu görməsin-1

 

 

NƏTİCƏ

16 bal və yuxarı:

Sizin üçün pul çox əhəmiyyətli və vacib bir şeydir. Elə ona görə də, onu qazanmaqda ustasınız. Siz nəinki pul qazanmağı bacarır, onu həm də qoruya bilirsiniz. Lakin unutmayın ki, xəsisliyin sonu yoxdur. Qazandığınız kimi, xərcləməyə də qismən meylli olun. Əks halda, sizin çətinliklə qazandığınız pulları digərləri xərcləyəcək.

 

11-15 bal:

Siz də pul qazanmağı bacarırsınız. Lakin əksər hallarda kobud səhvlərə yol verərək onun qədrini bilmirsiniz. Buna baxmayaraq, sizin pula münasibətiniz qənaətbəxş sayıla bilər. Siz ağıllı “milyonçu”ya çevrilə bilərsiniz. Ona görə də, maliyyə məsələlərinə və həyatınıza daha ciddi münasibət göstərməlisiniz. Bu işdə sizə uğurlar.

 

10 bal və aşağı:

Sizin bəxtiniz gətirməyib. Bəlkə də siz çox şeylər bacarırsınız, lakin pul qazanmaq sizin üçün əsl problemə çevrilib. Sizə elə gəlir ki, pul sizdən qaçır. Amma bu, heç də belə deyil. Anlayın ki, pul qazanmaq üçün ciddi, məsuliyyətli olmalı, həyatınızda, xarakterinizdə dəyişikliklər etməli və zəhmət çəkməlisiniz. Şəraitə uyğun davranmağı da unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir