PUL

Pul yığmaq istəyənlərin işini asanlaşdıracaq 10 TÖVSİYƏ

Baxış sayı: 1. 148

Əgər maraqlanırsınızsa, başlayaq!

 Pul

Özünüzə hədəf qoyun 

Pul yığmanın ən asan yolu müəyyən bir hədəfin müəyyən olunmasıdır. Məsələn, tətil, avtomobil və ya sevdiyiniz hər hansı bir əşyanın alınması kimi hədəflər müəyyən edə bilərsiniz. Yaxşı olar ki, hədəfinizi qeyd edib, hər zaman görə biləcəyiniz yerdə saxlayasınız. Hər hansı məqsəd üçün pul yığmağa başlamaq işinizi asanlaşdırmaqla bərabər xərclərinizdən qənaət etməyə də yardım edəcək.

Bu gün smartfonların həyatımızın ayrılmaz bir hissəsi olduğunu düşünərək elə mobil tətbiqlər vasitəsilə hədəflərimizi daim yadda saxlaya bilərik. Məsələn, Savings Goal tətbiqi yığım üçün hədəfləri qeyd etməyə və hədəfə nə qədər yaxın olduğunuzu və nə qədər yığıma sahib olduğunuzu diqqətdə saxlamağa kömək edəcək.

Plan qurun

Yığıma başlayarkən bunun planını qurun. Hər ay nə qədər pulu kənara qoyacağınızı, hansı xərclərinizdən qənaət edəcəyinizi, hədəfə çatma müddəti kimi detalları əvvəlcədən düşünün və plan şəklinə gətirin. Çalışın ki, plandan kənara çıxmayasınız.

 

Ayın əvvəlində pulunuzun bir hissəsini yığıma yönəldin

Ay sonuna qalan pul ilə yığım etmək olduqca çətindir. Bunun əvəzinə gəliriniz əlinizə çatan zaman hər hansı hissəsini, məsələn 10%-ni yığımınıza yönəldə bilərsiniz. Yaxşı olar ki, əməkhaqqı kartınıza və hesabınıza ənənəvi ödəniş tapşırığı tətbiq edəsiniz. Bu zaman əvvəlcədən seçdiyiniz məbləğ hesabınızdan çıxılaraq, yığım hesabına yönəldilə bilər.

 

Əlavə gəlir əldə etməyə çalışın.

Bacarıqlarınıza görə əlavə işlərlə məşğul olmağa çalışın. Bu zaman frilans edə biləcəyiniz işlər köməyinizə çata bilər və ya həftəsonları sizi çox yormayan işlərlə məşğul ola bilərsiniz. Mühüm məqamlardan biri əlavə işinizin əsas iş yerinizdəki fəaliyyətinizə təsir etməməsinə diqqət etməkdir.

Image result for freelance

Xərclərinizə qənaət edin

Lazımsız xərcləri mövcud ehtiyaclarınıza yönəldin. “Süni” endirimlərə aldanmayın və ya ehtiyacınız olmayan məhsulları almaqdan çəkinin. Ayın əvvəlində yığıma ayırdığınız puldan əlavə ayın sonunda xərclərdən qənaət etdiyiniz pulu da yığıma əlavə edə bilərsiniz. Dama-dama göl olar.

 

Gəlir-xərc hesabatı hazırlayın

Aylıq gəlirlərinizə əsasən xərc cədvəlinizi çıxarın. Aylıq xərcləriniz gəlirinizdən çoxdursa, pul yığmaq çətindir. Bu zaman hansı xərclərinizin çox olduğunu müəyyən edə biləcəksiniz.

Hər hansı dəftər və ya kağız üzərində qeydlər aparmaqdansa, mobil tətbiqlərin köməyindən istifadə edə bilərsiniz. Məsələn, PlayMarket-də istifadəçilər tərəfindən ən çox yüklənən və bəyənilən tətbiqlərdən biri – 1Money tətbiqini elə indi yükləyə, gəlir və xərclərinizi ora qeyd edə bilərsiniz. Bu yolla aylıq hansı xərclərinizin çox olduğunu, hansı xərclərə qənaət edə biləcəyinizi müəyyən edə bilərsiniz.

Hər ay 1 xərcinizi ləğv edin.

Qənaət etmək istəyirsinizsə, vərdişlərinizi dəyişməlisiniz. Ötən aya nəzər salın, nələrdən imtina edə biləcəyinizi gözdən keçirin. Həmçinin hər ay bir xərcinizi ləğv edərək qalan məbləği yığıma yönəldə bilərsiniz. Məsələn, işə getmək üçün taksidən istifadə edirsinizsə növbəti 1 ay ərzində taksi əvəzinə ictimai nəqliyyatdan yararlanın. Növbəti bir ay isə naharınızı iş yerinizə yaxın kafe və ya restoranda etmək əvəzinə işə özünüzlə yemək aparın. Digər ayda isə əyləncə xərclərinizi kəsin. Beləliklə, artıq qalan pulu digər bir ehtiyacınızın ödənməsinə və ya yığıma yönəldə bilərsiniz.

 

Yığımınızı əmanət funksiyalı bank kartında saxlayın

Yığdığınız pulları yastıq altında və ya əmək haqqı kartınızda saxlamaq əvəzinə əmanət funksiyası olan bank kartı əldə edin və yığım üçün ayırdığıınız pulları daimi olaraq həmin kart hesabına yerləşdirin. Bununla da, əlavə gəlir mənbəyi əldə etmiş olacaqsınız. Belə ki, əmanət funksiyalı bank kartları hesabınızda saxladığnız məbləğ üçün müəyyən faiz hesablayaraq həmin məbləğin üzərinə əlavə edir.

Əmanət funksiyalı bank kartı əldə etmək istəyənlər üçün Bolkart debet kartlarını tövsiyə edə bilərik. Bolkart ilə kart hesabında saxladığınız məbləğin qalığına illik 5% gəlir əlavə olunacaq. Bu da əlavə gəlir mənbəyi axtaranlar üçün yaxşı imkandır. Həmçinin yığım məbləğinizi bankın DostBank mobil tətbiqindən də rahat şəkildə izləyə bilərsiniz.

Image result for bolkart

Borclarınızı bağlayın

Borcunuz varsa, əvvəlcə onları ödəmək istəyə bilərsiniz. Kiçik məbləğli borcdan başlayaraq ən çoxuna doğru ödənişlərinizi həyata keçirin. Unutmayın, borcunuz olduğu müddətdə də yığım edə bilərsiniz. Borcları bağlamaq üçün yenidən maliyyələşmə kreditindən istifadə etmək olar, fərqli mənbələrə borclu olmaqdansa, bir kredit götürüb borcları bağlamaq və borcun ödənilməsini də planlaşdırmaq olar. Bu zaman diqqət etməli olduğunuz götürülmüş krediti sadəcə borclara yönəltməkdir.

 

Səbrli olun

Pul yığmaq üçün gəlirlə bərabər səbir də önəmlidir. Bir anda böyük nəticələr gözləmək yerinə səbrli olmaq önəmlidir. Bu yolla yığdığınız pula toxunmamış olarsınız. Unutmayın ki, yığım vərdişi bir gündə deyil, bir müddət sonra uğurlu nəticələr verəcək və gələcəyiniz üçün önəmli olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir