aile problemi

Qəzəbinizi necə cilovlaya bilərsiniz?

Baxış sayı: 175

Həyat yoldaşınız sizi qəzəbləndirəcək söz və ya hərəkətə yol verir, siz isə qəzəbinizi gizlətməyə çalışırsınız. Amma həyat yoldaşınız nəyinsə düz getmədiyini sezir və məsələni araşdırmağa başlayır. Bu isə sizi daha da qıcıqlandırır. Belə vəziyyətdə qəzəbinizi necə cilovlaya bilərsiniz?

Nəyi bilməlisiniz?

  • Qəzəblənmək səhhətinizə ziyan vura bilər. Tədqiqatçılar qeyd edir ki, qarşısı alınmayan qəzəb yüksək qan təzyiqi, ürək xəstəliyi, depressiya və həzm problemləri riskini artırır. Həmçinin qəzəb yuxusuzluqla, həddən artıq narahatçılıqla, dəri problemləri ilə və ifliclə nəticələnə bilər.

  • Qəzəbi gizlətmək də zərərli ola bilər. Qəlbinizdə yuva salan qəzəb sizi daxildən didib-parçalayan bir xəstəlik kimi ola bilər. Məsələn, siz daha pessimist və tənqidyönlü olacaqsınız. Belə əhval-ruhiyyə həyatınızı ağırlaşdıra və nikahınıza ciddi zərər vura bilər.

 Nə edə bilərsiniz?

  • Həyat yoldaşınızda müsbət xüsusiyyətlər axtarın. Həyat yoldaşınızda sizi heyran qoyan üç cəhəti yazın. Növbəti dəfə onun hansısa hərəkəti sizi qəzəbləndirərsə, aşkar etdiyiniz bu xüsusiyyətlər haqda düşünün. Bu, sizə qəzəbinizi cilovlamağa kömək edə bilər.

    İşləri başından aşan qadın düşünür ki, əri ona ev işlərində kömək etməli, onu dinləməli və xəstələnəndə qayğısına qalmalıdır

  • Bağışlamaq xüsusiyyətini inkişaf etdirin. İlk öncə, hər şeyə həyat yoldaşınızın gözü ilə baxmağa çalışın. Bu, sizə anlayışlı olmağa, kömək edəcək  Sonra özünüzdən soruşun: «Bu o qədərmi ciddi məsələdir ki, bağışlaya bilmirəm?»

  • Hisslərinizi mülayimcəsinə və nəzakətlə ifadə edin. «Mən» sözünü istifadə edin. Məsələn, «Sən çox etinasızsan, harada olduğunu zəng edib xəbər vermirsən» deməkdənsə, «Mən elə narahat oluram ki, sən evə gecikəndə, düşünürəm, bəlkə, başına nəsə gəlib» deyin. Özünüzü mülayimcəsinə ifadə etmək qəzəbinizi cilovlamağa kömək edəcək.

  • Hörmətlə dinləyin. Hisslərinizi ifadə edəndən sonra həyat yoldaşınızın sözünü kəsmədən cavab verməsinə imkan verin. O, sözlərini bitirəndə dəqiqləşdirin görün dediklərini düzgün başa düşmüsünüz, ya yox. Sadəcə dinləmək qəzəbinizi cilovlamaqda böyük rol oynaya bilər.

  • Tim və Cenifer




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir