kofe

Qəhvə qaraciyəri hansı üç xəstəlikdən qoruyur?

Baxış sayı: 1. 839
Alimlər müəyyən edib ki, müntəzəm qəhvə içən insanlar qaraciyəri üç xəstəlikdən qorumuş olur.
“Gencaile.az”-ın məlumatına görə, “Daily mail” saytı yazır ki, “British Liver Trust” qeyri-hökumət təşkilatının hesabatı açıqlanıb. Bu təşkilat qaraciyər xəstəlikləri və onların qarşısının alınması və müalicə effektivliyinin artırılması ilə məşğul olur.
83 səhifəlik sənədin müəllifləri iddia edir ki, müntəzəm qəhvə içmək orqanizmi qaraciyərin qeyri-alkoqollu piylənməsi (NAFLD), qaraciyər fibrozu və sirroz kimi təhlükəli xəstəliklərdən qoruyur.
Bundan əlavə, qəhvə içmək sayəsində bu xəstəliklərdən əziyyət çəkən insanlarda xəstəliyin inkişafı dayanır.
Lakin ətirli içkinin həvəskarları unutmamalıdır ki, qəhvənin dozası 400 milliqramdır. Yəni gün ərzində 5 fincan “espresso” içmək kifayətdir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir