karyera sergisi

Qərbi Kaspi Universitetində Karyera Sərgisi keçiriləcək

Baxış sayı: 695

25 oktyabr tarixində Qərbi Kaspi Universiteti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” adlı Karyera Sərgisi keçiriləcək.

Yarmarkada ölkənin müxtəlif sahələri təmsil edən 55 aparıcı şirkəti tərəfindən 315 vakansiya, eyni zamanda xüsusilə bank sektoruna aid olan 21 təcrübə proqramı təqdim olunacaq.

Məqsəd tələbələrlə şirkətlər arasında əlaqələrin yaradılması, onların əmək bazarına çıxışının təmin olunması, eləcə də işəgötürənlərin daha hazırlıqlı kadrlar tapmasına yardımçı olmaqdan ibarətdir.

Yarmarka universitetin Əhməd Rəcəbli küçəsi, III Paralel, 21 ünvanında yerləşən tədris binasında keçiriləcək və saat 10.00-da başlayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir