DSC_0090

Qəsəbə gəncləri arasında cüdo turniri

Baxış sayı: 19

Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində cüdo turniri keçirilib. Turnir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu (GİDF) tərəfindən “GəncSƏN-QalibSƏN” layihəsi çərçivəsində həyata keçirilib.

GİDF-nin prezidenti, layihə rəhbəri Vüsal Məmmədov iştirakçılara Azərbaycan Gənclər Fondunun fəaliyyəti barədə məlumat verib, Fondun fəaliyyət göstərdiyi 5 il ərzində gənclərin dərin rəğbətini qazandığını diqqətə çatdırıb.

Bildirilib ki, bu layihə çərçivəsində cüdo turniri ilə yanaşı, futbol və şahmat turnirləri keçiriləcək, eləcə də Sumqayıt gəncləri ilə bağlı ensiklopedik xarakterli kitab nəşr olunacaq.

12-17 yaşlı yeniyetmə və gənclərin iştirak etdiyi ikigünlük yarışlar 9 çəki dərəcəsi üzrə aparılıb. Sonda qaliblər fəxri fərman və medallarla mükafatlandırılıb. DSC_0075




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir