aile

Qa­dınları zo­ra­kı­lı­qdan necə qorumalı?

Baxış sayı: 1. 110

Məi­şət zo­ra­kı­lı­ğı­nın qar­şı­sı­nın alın­ma­sı sa­hə­sin­də bö­yük iş­lə­rin gö­rül­mə­si­nə bax­ma­ya­raq, bu mə­sə­lə cə­miy­yə­ti hə­lə də na­ra­hat edir. Bu prob­lem dü­nən Azər­bay­can qa­dı­nı­na seç­ki hü­qu­qu­nun ve­ril­mə­si­nin 100 il­li­yi­nə həsr olun­muş Qa­dın­la­rın V Fo­ru­mun­da da mü­za­ki­rə olu­nub.

Ai­lə, Qa­dın və Uşaq Prob­lem­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Hic­ran Hü­sey­no­va­nın söz­lə­ri­nə gö­rə, ana­lar qız­la­rı­nı zo­ra­kı­lıq­dan qo­ru­maq is­tə­yir­lər­sə, oğ­lan­la­rı­na düz­gün tər­bi­yə ver­mə­li­dir­lər: “Nə­zə­ri­ni­zə çat­dı­rım ki, bu is­ti­qa­mət­də iş­lə­rin da­ha da güc­lən­di­ril­mə­si üçun məi­şət zo­ra­kı­lı­ğı ilə bağ­lı on­layn mə­lu­mat ban­kı ya­ra­dı­lıb. Bu, yer­lər­də mo­ni­to­rinq qrup­la­rı­nın işi­ni da­ha da sü­rət­lən­di­rir, baş ver­miş ha­di­sə­nin ope­ra­tiv ola­raq ağır fə­sad­lar ya­rat­ma­dan, vax­tın­da qar­şı­sı­nın alın­ma­sı­na sə­bəb olur”.

Psi­xo­loq Ra­mil Nə­cəf­li  bil­di­rir ki, nə­in­ki Azər­bay­can­da, bü­tün dün­ya­da ki­şi­lər­lə qa­dın­lar an­la­şa bil­mir­lər: “Bir-bi­ri­ni ta­nı­ma­dıq­la­rı­na və bu­nun fər­qi­nə var­ma­dıq­la­rı­na gö­rə. Qar­şı­dur­ma­lar, zo­ra­kı­lıq­lar ha­mı­sı on­dan qay­naq­la­nır ki, ki­şi və qa­dın ti­pi çox fərq­li­dir. Hə­ya­ta və dün­ya­ya ba­xış­la­rı, re­ak­si­ya­la­rı da fərq­li olur. Cins­lər gə­rək bir-bi­ri­ni ta­nı­sın­lar ki, hə­yat on­lar üçün asan­laş­sın. Qar­şı cin­si ta­nı­sa­lar, o qə­dər də əziy­yət çək­məz­lər”.

Nə­cəf­li qeyd edir ki, ki­şi­lə­rin qa­dın­la­ra qar­şı zo­ra­kı­lı­ğı bü­tün dün­ya­da var: “Dün­ya­nın hər ye­rin­də ki­şi­lər qa­dın­la­ra qar­şı zo­ra­kı­lıq tət­biq edir­lər. Ki­şi­lər mə­sə­lə­lə­rə konk­ret ya­na­şır­lar. Qa­dın­lar isə hiss və emo­si­ya­la­ra da­ha ge­niş yer ve­rir­lər, bu, on­la­rın fərq­li özəl­lik­lə­ri­dir”.

Həm­söh­bə­ti­miz əla­və edir ki, qa­dın­la­rın et­dik­lə­ri səhv­lər­lə bağ­lı ki­şi tən­beh və tər­bi­yə­lən­dir­mək məq­sə­di­lə də qa­dı­na əl qal­dı­ra bi­lər: “Öz alə­min­də cə­za­lan­dır­maq, mü­ha­ki­mə et­mək məq­sə­di­lə qa­dı­nı məi­şət zo­ra­kı­lı­ğı­na mə­ruz qo­yur”.

Psi­xo­loq Ru­hiy­yə Rüs­tə­mo­va deyir ki, uşaq­lar ar­tıq bə­lək­dən tər­bi­yə olu­nur­lar: “Uşaq­la­rı zo­ra­kı­lı­ğa özü­müz də bil­mə­dən ki­çik yaş­la­rın­dan öy­rə­di­rik. Be­lə ki, va­li­deyn­lər adə­tən öv­lad­la­rı­nı “Sə­ni vur­du­sa, sən də vur!” prin­si­pi ilə tər­bi­yə edir­lər. Oğ­lan uşa­ğı ağ­la­yır­sa, “Sə­nə ağ­la­maq ol­maz, sən möh­kəm ol­ma­lı­san”, tə­sa­dü­fən uşaq han­sı­sa əş­ya­ya to­xu­nub ağ­la­yır­sa, əş­ya­nı vu­rub uşa­ğa “Sən ağ­la­ma!” fik­ri­ni çat­dı­rı­rıq. Ar­tıq bu­nun­la uşa­ğa onu in­ci­dən ob­yek­ti in­cit­mə­yi öy­rə­di­rik. Zo­ra­kı­lı­ğa, iş­gən­cə ver­mə­yə alış­dı­rı­rıq”.

Onun fik­rin­cə, ki­şi­lə­rin aq­res­siv ol­ma­sı­nın di­gər sə­bə­bi bö­yü­dük­lə­ri ai­lə­də va­li­deyn­lər ara­sın­da olan ün­siy­yət­dir. “Mə­sə­lən, ata ana­nı dö­yür­sə, ana­nın dö­zə­rək bu haq­da heç bir təd­bir gör­mə­mə­si, sus­ma­sı, ai­lə­ni da­ğıt­ma­ma­sı be­lə uşaq­la­ra mən­fi bir nü­mu­nə­dir. Zo­ra­kı­lı­ğa mə­ruz qa­lan ana­nın hir­si­ni uşaq­la­rın­dan çıx­ma­sı, on­la­ra qar­şı aq­res­siv dav­ran­ma­sı uşaq­la­rın trav­ma ya­şa­ma­sı­na sə­bəb olur. Bu şə­ra­it­də bö­yü­yən oğ­lan­lar öz­lə­ri də ai­lə qur­duq­da “On­suz da hə­yat yol­da­şım mə­ni at­ma­ya­caq” dü­şü­nə­rək qa­dı­nı çox ra­hat dö­yə­cək­lər”.

R.Rüs­tə­mo­va qeyd edir ki, öz­lə­ri­ni təs­diq edə bil­mə­yən, zə­if ki­şi­lər, elə­cə də, mü­əy­yən sə­bəb­lə­rə gö­rə, öz­lə­ri­ni is­tə­dik­lə­ri qə­dər güc­lü hiss edə bil­mə­yən ki­şi­lər qa­dın­la­rı döy­mə­yə me­yil­li olur: “Cə­miy­yət ara­sın­da çox diq­qət­cil, nə­za­kət­li gö­rü­nə bi­lər­lər. Da­xi­lən öz­gü­vən hiss­lə­ri az ol­duq­la­rı üçün aq­res­si­ya­la­rı­nı evə qa­yıt­dıq­da qa­dın­la­rın üzə­ri­nə püs­kü­rür, güc­lə­ri­ni zə­if qa­dı­nın üzə­rin­də təs­diq edir­lər. On­la­ra “mət­bəx qəh­rə­man­la­rı” da de­yir­lər. Mət­bəx­də əli­nin al­tın­da olan əş­ya­la­rı atır, bı­ça­ğı sto­la san­cır, qa­dı­nı qor­xu­dur, əl qal­dı­rır və s.”

Mü­sa­hi­bi­mi­zə gö­rə, bə­zən sa­dizm xa­rak­ter­li ki­şi­lər olur ki, on­lar da qa­dı­nı döy­mə­yə me­yil­li olur­lar və bu­nu qa­dın öz hə­rə­kə­ti ilə “mə­ni zo­ra­kı­lı­ğa məc­bur edir” ki­mi izah edir­lər.

Rüs­tə­mo­va­nın fik­rin­cə, qız­lar be­lə ai­lə­lər­də bö­yü­yür­lər­sə, bo­yun əy­mə­yi öy­rə­nir­lər: “Çün­ki ana dö­züb, su­sur. Qız da ox­şar ha­di­sə ilə üz­ləş­dik­də bu­nu tək­rar­la­yır, o da su­sur. Gə­lə­cək­də hə­yat­da han­sı­sa bir prob­lem­lər­lə üz­lə­şər­sə və ya hə­yat yol­da­şı ona əl qal­dı­rar­sa, “mən sus­ma­lı­yam, çün­ki mən qa­dı­nam” de­yə möv­cud və­ziy­yət­lə ba­rı­şa­caq. Məi­şət zo­ra­kı­lı­ğı, da­va-da­laş, aq­res­si­ya için­də olan ai­lə­də bö­yü­yən həm qız, həm də oğ­lan uşa­ğı çox əziy­yət çə­kir və va­li­deyn­lə­ri­ni bu hə­rə­kət­lə­ri­nə gö­rə qı­na­sa­lar, nif­rət et­sə­lər be­lə, gə­lə­cək­də öz­lə­ri də bil­mə­dən ox­şar bir ai­lə mo­de­li­ni zən­cir­va­ri şə­kil­də ya­ra­da­caq”.

 
Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir