valideyn

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğundur?

Baxış sayı: 685

Ailənizdə qaydalar tətbiq edirsinizmi ? Bəs qoyduğunuz qaydalara bütün ailə üzvləri əməl edirmi?  Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

 

Qoyduğunuz qaydalara əməl olunurmu?

Tətbiq etdiyiniz qaydaların övladınız üçün anlaşılan  olması  önəmlidir. Nə üçün bu qaydalar tətbiq edilir? Hansı qaydaların olması vacibdir? Qaydalar pozularsa nə baş verər? Bu kimi sualları övladınız üçün aydın izah edin.

Tədbiq olunan qaydaların pozulması zamanı nə baş verər? Obyektiv yanaşın.  Kimliyindən asılı olmayaraq,  qaydaların pozulmaması gərəkli olduğunu izah edin.

Zəruri ehtiyac olmadıqda qaydalarda  güzəştə getməyiniz məqsədəuyğun deyil.

Qaydaları tərtib edərkən bu barədə övladınıza da bildirməlisiniz ki, qoyulmuş qaydalardan məlumatlı olsun. Məlumatı olmadığı qaydanı pozduğu zaman uşağı  cəzalandırmaq doğru deyil.

Hər zaman olduğu kimi bu işdə də valideynlərin eyni istiqamətli davranması önəmlidir. Atanın və ya ananın “Mənim yanımda olar” ifadəsi uşaqda qaydalara qarşı qeyri-ciddi münasibət yaradar.

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağalar barədə nələri bilməlisiniz?

Qadağaları “olmaz”, “etmə”, “mümkün deyil” kimi ifadələrlə izah etməyin. Bu kimi cümlələr övladınız üçün anlaşılan deyil. Nə üçün olmaz, nə üçün etməməlidir və s. kimi sualları cavablandırmağınız məqsədəuyğundur.

Qaydaları pozmaq, qadağalara daha böyük maraq yaşından asılı olmayaraq hər bir insan üçün maraq doğurur.   Bu baxımdan qadağanı elə  üsulla izah etməlisiniz ki, nə üçün etməməli olduğunu uşaq özü dərk etsin və əməl etsin.

Yerli-yersiz qadağalar etmək tərbiyə üsulunuza mənfi təsir edər. Əgər edəcəyi davranış övladınızın təhlükəsizliyini pozmursa, ona hər hansı zərər vermirsə dünyanı özü üçün kəşf etməsinə mane olmayın. Övladınız yenilik axtarışında olduğundan, nələrisə özü öyrənməyə cəhd etdiyindən bu zaman qarşısını qadağalarla kəsmiş olsanız onun bu marağına və inkişafına mənfi təsir etmiş olarsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir