qadin-kisi

Qadın ər tapana qədər… – Kişi və qadın arasında 40 FƏRQ

Baxış sayı: 1. 494

1. Kişilər qadınlardan daha aqressiv olub, fiziki güc istifadəsinə çox meyllidirlər. Bu, testosteronla bağlıdır. Qadınlar isə daha çox sözlə hücuma keçir və dillə mübarizə aparırlar.

2. Kişilərin sızanaq problemi daha çoxdur. Bu da daha çox testosteron hormonundan qaynaqlanır. Bu hormon yağ vəzilərini qıcıqlandırır və dəridəki məsamələrin zəifləməsinə, dolayısı ilə sızanaqların yaranmasına gətirib çıxarır.

3. QİÇS xəstələrinin 75 faizi kişi, 25 faizi qadındır. Qadınların daha az QİÇS-ə yoluxmasının səbəbi xəstəliyi daşıyan X xromosomundan iki dənə olmasıdır. Beləliklə, bir xromosom xəstəlik tapsa, digəri ona güc gələ bilir.

4. Qadınlar yüksək səslə danışmağı və səsli düşünməyi sevir, kişilər hər ikisini də ürəyində etməyə üstünlük verir. Buna görə qadınlar kişiləri “hissiyyatsız eqoist varlıqlar” adlandırırlar, kişilər isə qadınları “baş-beyni aparan, zəhlə tökən varlıqlar” kimi görürlər.

5. Kişilərin bədən qoxusu qadınlarınkından kəskindir.

6. İdmanda kişilər qadınlardan daha sürətlidir, amma qadınlar daha dözümlüdür.

7. Kişilərdə 4.5, qadınlarda isə 3.6 litr qan var. Kişi qanı daha tünd konsistensiyalıdır, hər damcısında 1 milyon qan hüceyrəsi var. Kişilərdə 1 kub santimetr qanda 5 milyon qırmızı qan hüceyrəsi var, bu da qadınlarla müqayisədə iyirmi faiz çox deməkdir. Kişilərin təzyiqi də qadınlardan yüksəkdir: 140/88. Qadınlarda 130/80-dir.

8. Qadınlar dərilərinin altındakı yağ təbəqəsinə görə daha yaxşı üzürlər.

9. Qadınlar menopauza dövründə hərarətin qalxması, yuxusuzluq, kökəlmə, gecə tərləmələri və vagina quruluğu kimi əlamətlər yaşayırlar. Kişilər andropoz deyilən yaş dövründə demək olar ki, heç bir fiziki əlamət yaşamırlar.

10. Kişilərin bədən temperaturu qadınlardan daha yüksəkdir. Kişi bədəninin 60-70 faizi sudan ibarətdir. Qadın bədənindəki su nisbəti isə 50-60 faiz arasındadır.

11. Kişilərin çiyinləri daha geniş, qolları və qıçları daha uzun, sümükləri daha ağır, oynaqları da daha böyükdür. Qadınlarda isə omba sümükləri daha geniş, oynaqları daha elastikdir.

12. Qadınların səs telləri daha qısa olduğundan səsləri incədir.

13. Çiyin və omba skeletləri fərqli olduğundan, qadınların ağırlıq nöqtəsi kişilərinkindən daha aşağıdadır.

14. Uğurlu bir kişi arvadının xərcləyə biləcəyindən çox pul qazanan kişidir. Uğurlu qadın belə bir kişini tapa bilən qadındır.

15. Qadınların eşitmə və iybilmə duyğusu daha güclüdür. Kişilər isə işığa qarşı daha həssasdır. Kişi gözü detalları daha yaxşı seçə bilir.

16. Kişilərdə qadınlardakının yarısı qədər yağ toxuması var. Qadınlarda yağ toxuması bədənin 27 faizini təşkil edir, bu göstərici kişilərdə 15 faizdir. Qadın bədənində kişilərdən 3,5 kq daha çox yağ var. Yağ kişilərdə ən çox qarın bölgəsində yığılır, qadınlarda isə daha çox omba, baldır və göbək ətrafında cəmlənir.

17. Kişilər həyatları boyunca qadınlardan orta hesabla 40 gün daha az xəstələnirlər.

18. Erkək və dişilərdə cəmi 46 xromosom var. Bunların yarısı atadan, yarısı anadan gəlir. Bu 46 xromosomun içindən iki dənə cinsiyyət hormonu vardır: bu kişidə “XY”, qadında “XX” hormonlarıdır.

19. Qadınların saçları daha sıx və güclüdür. Saç kökləri iki millimetr daha dərində yerləşdiyinə görə kişilərdəki qədər tez tökülmür.

20. Kişilər qadınlardan 50 faiz daha çox əzələ gücünə malikdir. Həddi buluğa çatanda kişilərdə əzələ hüceyrələrinin sayı 20 misli qədər, qadınlarda isə 10 misli qədər artır. Kişilər qadınlardan 30 faiz daha güclüdür.

21. Kişilərin cəmi 1,8 kvadratmetr, qadınların isə 1,6 kvadratmetr dəriləri var. Qadının dərisi daha incə və qurudur, buna görə daha həssasdır. Kişilərdə tər vəziləri və dərialtı yağ vəzləri olduğundan dəri yağlıdır. Buna görə də daha çox tərləyirlər.

22. Kişilərin ağciyərləri qadınlarınkından 50 faiz daha geniş həcmə malikdir.

23. Eyni çəkili kişi və qadın arasında müqayisə aparsaq, birinci daha çox yemək istəyəcək. Çünki kişilərdə maddələr mübadiləsi daha sürətlidir.

24. Qadınlar kişilərdən 5 dəfə çox ağlayırlar. Əsasən də saat 19.00-22.00 arası.

25. Kişilər hərəkətsiz dayananda bədənin bir kvadratmetri orta hesabla 39.5 kalori yandırır. Qadınlar isə 37 kalori. Kişinin gündəlik kalori ehtiyacı 2700, qadında isə 2000-dir.

26. Qadın orqanizmi çox immunoqlobulin istehsal etdiyinə görə, kişilərə nisbətən bakteriya və virus xəstəliklərinə daha az tutulurlar.

27. Kişilərin beyni 14 faiz daha ağırdır. Qadınlarda iki beyin yarımkürələri arasındakı əlaqə daha yaxşıdır.

28. Qadınların 20 faizində, kişilərin 8 faizində öd kisəsi daşı meydana gəlir.

29. Kişilərin ürəyi daha böyükdür və daha yavaş döyünür: dəqiqədə ortalama 72 dəfə. Bu göstərici qadınlarda 80-dir.

30. Qadınlar qalın yağ toxumalarına görə soyuğa daha dözümlüdürlər.

31. Kişilər həddi buluğ çağını 10-15, qadınlar 9-14 yaşları arasında yaşayır.

32. Kişilərin orta ömrü 71.5 il, qadınların 78 ildir.

33. Kişilərin orta boyu 175 sm, çəkiləri isə 73.5 kq-dır. Sinə ətrafı 98.5 sm, beli 80.4 sm-dir. Qadınlarda orta boy 160 sm, çəki 61.2 kq-dır. Sinə ətrafı 90.1, omba genişliyi 96.5 sm, beli 74,3 sm-dir.

34. Qırtlaqdakı hülqum adlı çıxıntı yalnız kişilərdə olur.

35. Həddi buluğa qədər qızlar oğlanlardan daha sürətlə böyüyürlər. Oğlan uşaqları 14-15 yaşları arasında sürətlə inkişaf etməyə başlayırlar və bu, 20 yaşına qədər davam edir. Qız uşaqları isə ən çox 12-13 yaşları arasında inkişaf edirlər, 17-18 yaşında isə bu proses dayanır.

36. Kişilər rasional, analitikdir, qadınlar isə yaradıcı və hissiyyatlıdır.

37. Kişilərin qadınlarla bağlı ən çox şikayət etdikləri şey: qadınların onları dəyişdirməyə çalışmağı. Qadınların kişilərlə bağlı ən çox şikayət etdiyi şey: kişilərin onları dinləməməsi.

38. Qadınların başı kişilərinkindən 3 dəfə daha çox ağrıyır.

39. Qadın ər tapana qədər gələcəyi ilə bağlı narahatlıq keçirir. Kişi evlənəcəyi qadını tapana qədər gələcəyi ilə bağlı narahatlıq keçirmir.

40. Qadın kişi ilə onun dəyişəcəyinə ümid edərək evlənir. Amma o, dəyişmir. Kişi qadınla onun dəyişməyəcəyini ümid edərək evlənir. Amma o, dəyişir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir